Aeroport yolunda baş verən qəzada yaralananların vəziyyəti haqda açıqlama
Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən ağır qəzada yaralananların 16 nəfəri Sabunçu Tibb Mərkəzinə müraciət edib.
Azxeber.com xəbər verir ki, bu barədə Real TV-yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov məlumat verib. O qeyd edib ki, onlardan 2 nəfərinin üzərində cərrahi əməliyyat aparılıb: "Bir nəfərin dalağı zədələndiyinə görə əməliyyat olunaraq çıxarılıb. Digərinin isə ayağı baldırdan amputasiya olunub.
Yaralılardan 4-ü ağır vəziyyətdə olduğuna görə reanimasiyaya yerləşdirilib. 4 nəfərin isə müayinədən sonra vəziyyətinin yüngül olduğu məlum olub və onlar ambulator müalicəyə göndərilib. Bizim xəstəxanaya gələnlər arasında ölüm halı qeydə alınmayıb".
M. Məmmədov əlavə edib ki, digər yaralılar hazırda nəzarətdədir və müalicəni davam etdirirlər. Vəziyyətləri orta və kafi qiymətləndirilir.
Qeyd edək ki, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər - 3 saylı KŞX-ya) çatdırılıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək