Aeroport yolundakı qəzada xəsarət alanların adları bilindi - SİYAHI

Aeroport yolundakı qəzada xəsarət alanların adları bilindi - SİYAHIBakıda avtobusun yük maşını ilə toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 16 nəfərin adları məlum olub. 
Hadisə nəticəsində xəsarət alanlardan 8 nəfərinin qadın, 8 nəfərinin isə kişi olduğu bildirilir. 
Trend-in məlumatına görə, xəsarət alanlardan 1967-ci il təvəllüdlü Məmmədova Gülşən Ələddin qızı, 1999-cu il təvəllüdlü Məmmədov Emin Telman oğlu, 1984-cü il təvəllüdlü Ağayeva Aygül Səməd qızı, Əliyeva Zərifə İsmayıl qızı, 1964-cü il təvəllüdlü Nağıyeva Bağdagül Nağı qızı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 
Hadisə nəticəsində digər xəsarət alanlar- 1983-cü il təvəllüdlü Həsənov Nəriman Adışirin oğlu, 1962-ci il təvəllüdlü Əsədova Mətanət Nurulla qızı, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə Ənvər qızı və 1972-ci il təvəllüdlü Mənsurova Samirə Vaqif qızı isə müxtəlif dərəcəli bədən xəasarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib. 
Hadisə zamanı yüngül xəsarətlər alan 7 nəfər - 1979-cu il təvəllüdlü Rzayev Sərdar Rza oğlu, 1962-ci il təvəllüdlü Hüseynov Eldar Hacıbaba oğlu, 1986-cı il təvəllüdlü Eyvazova Samirə Sergey qızı, 1985-ci il təvəllüdlü İbrahimov Orxan Salam oğlu, 1975-ci il təvəllüdlü Zeynalabdinov Ramiz Vüsal oğlu, 1993-cü il təvəllüdlü Tağıyev Sürət Nüsrət oğlu və 1992-ci il təvəllüdlü Məmmədov Elvin Zakir oğluna ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində 99 DH 343 DQN-lı "Mercedes" markalı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. 
Hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Qəza nəticəsində 5 nəfər ölüb, 20-dən çox şəxs yaralanıb. Yük maşınının 19 yaşlı sürücüsü saxlanılıb. 

Sosial       Tarix: 13 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artara

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü

Qazaxıstanda dövlət korporasiyalarının yüksək vəzifəli menecerlərinin səs-küylü həbsi ictimaiyyətdə təəccüb doğurub. Bir çoxları istehza ilə soruşur: bunlar doğrudanmı belə sadəlövhdürlər ki, rüşvəti hələ də nağd pulla, dol

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Nazir müavininin oğlunun toyunda qadağa

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyev ötən gün evlənib.  Axşam.az-a istinadla xəbər verir ki, o, 20 yaşlı rusiyalı bloger Avrora Kiba ilə nika

Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb

Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) -a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliye

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun oxu.az xeberler cəbhədən video xabar az