AFFA bu klubu çempionatdan kənarlaşdırdı
AFFA 10 kluba texniki məğlubiyyət verib, "Karvan"ı çempionatdan kənarlaşdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar verilib.
AFFA U-10 Liqasında keçirilməli olan "Karvan" – "Laçın" oyunu Yevlax təmsilçisinin təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Karvan"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə komanda çempionatdan kənarlaşdırılıb.
AFFA U-13 Liqasında keçirilməli olan "Şağan" – "Sumqayıt City" oyunu meydan sahibləri təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən "Şağan" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
AFFA U-13 Liqasında daha iki komanda eyni cəzaya məruz qalıb. Belə ki, "Paralimpiya İdman Kompleksi" – "Ələt" oyunu meydan sahiblərinin, "Polad" – İOEUGİM matçı isə qonaqların təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Nəticədə hər iki komanda 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
AFFA U-13 qızlar Liqasında isə 5 komandaya texniki məğlubiyyət verilib. Belə ki, "Ulduz"- "Xan Lənkəran" matçı qonaqların, "Çinar" – "Mil-Muğan" görüşü meydan sahiblərinin təyin edilən vaxt meydanda olmadığına görə baş tutmayıb. Bu səbəbdən hər iki komanda cəzalandırılıb. Üç komanda – "Dinci", "Ulduz" və "Zaqatala City" isə Əsasnaməyə uyğun yaş limitini pozduğuna görə texniki məğlubiyyətlə cəzalandırılıb.
Daha bir texniki məğlubiyyət AFFA U-17 Liqasında iştirak edən "Araz-Naxçıvan" komandasına verilib. Buna "Qəbələ" ilə matçda protokolda adı yazılmayan futbolçunun meydana çıxması səbəb olub.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq