Kanada Rusiya idmançılarına qapıları bağladı, iki Dünya Kuboku yarışını itirdi

Kanada Rusiya idmançılarına qapıları bağladı, iki Dünya Kuboku yarışını itirdiKanada Rusiya və Belarus idmançılarına viza verməmək qərarına görə su idman növləri üzrə iki Dünya Kuboku mərhələsinin keçirilməsi hüququndan məhrum edilib. Söhbət suya tullanma və sinxron üzgüçülük üzrə yarışlardan gedir.
KONKRET.az xəbər verir ki, Beynəlxalq Su İdmanları Federasiyası (World Aquatics) yarışların Kanadadan başqa ölkələrə köçürülməsi barədə qərar qəbul edib. Suya tullanma üzrə Dünya Kubokunun mərhələsi Meksikaya verilib. Yarışın fevralın 25-28-də keçirilməsi planlaşdırılır. Sinxron üzgüçülük üzrə mərhələnin isə hələlik hansı ölkədə təşkil olunacağı müəyyənləşməyib.
"World Aquatics"in bəyanatında qərarın səbəbi Kanada hökumətinin son açıqlamaları ilə izah edilib. Bildirilib ki, həmin açıqlamalardan Rusiya və Belarus idmançılarının, müvafiq şərtlər əsasında neytral statusla yarışanlar istisna olmaqla, planlaşdırılan turnirlərdə iştirak etmək üçün Kanada ərazisinə buraxılmayacağı qənaətinə gəlinib.
Qeyd edək ki, bu ilin aprel ayında "World Aquatics" Rusiya və Belarus idmançılarına böyüklər arasında keçirilən yarışlarda öz ölkələrinin bayrağı və himni altında iştirak etmək icazəsi vermişdi.
Bundan əvvəl Kanadanın Baş naziri Mark Karni Rusiya idmançılarının ölkəyə buraxılmayacağını bəyan etmişdi. Onun bu mövqeyi İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya xokkey yığmalarının 2026/2027-ci il mövsümündə beş beynəlxalq yarışda iştirakına icazə verməsindən sonra açıqlanmışdı.
Beləliklə, CAS 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən sonra tətbiq edilmiş idman qadağasının bir hissəsini aradan qaldırıb. Kanada hökumətinin mövqeyi ilə "World Aquatics"in idmançıların iştirakı ilə bağlı qaydaları arasında yaranan ziddiyyət isə iki beynəlxalq yarışın ölkədən köçürülməsi ilə nəticələnib.
Rəsmiyyə Şərifova,
KONKRET.az

İdman       Tarix: 30 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub oldu

UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun oyunlarına start verilib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, ilk oyun günündə A və C liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib. A Liqasında Belçika İtaliyan

FİFA prezidentinə namizəd onlardır

FİFA təşkilatın prezidenti vəzifəsinə üç namizəddən ibarət siyahını açıqlayıb. xəbər verir ki, bu barədə FİFA-nın mətbuat açıqlamasına istinadən "Match TV" məlumat yayıb. Namizədlər bunlardır: hazırkı FİFA prezident

"Sabah" – "Barselona" oyununun hakimləri bilindi

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandası arasında keçiriləcək V tur oyununa hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytına istinadən xəbər veri

Mbappe əfsanəvi Ronaldonu geridə qoydu

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe tarixi uğura imza atıb. "Qafqazinfo" xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda PSV ilə keçirilən qarşılaşmad

AVRO-2028: Rusiya millisi iştirak etməyəcək

Rusiya milli futbol komandası 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak etməyəcək. APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın "Sport-Express" nəşri UEFA-nın ba

Sneyder bu kluba baş məşqçi təyin olundu

Niderland millisinin sabiq futbolçusu Vesli Sneyder məşqçilik karyerasına başlayıb. xəbər verir ki, bu barədə "VI.nl" məlumat yayıb. O, ölkəsinin 9-cu liqasında çıxış edən "Eminent Boys"un baş məşqçis

Konfrans Liqası: IV turun oyunları başlayır

Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turunun oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə Türkiyə təmsilçisi "Trabzonspor" səfərdə "ÇSKA Sofiya"nın qonağı olacaq. UEFA Konfran

Harri Keyn əməliyyat olundu - Foto

Almaniyanın "Bavariya" futbol klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn topuq bağlarının qopması səbəbindən əməliyyat olunub. xəbər verir ki, bu barədə Keyn sosial şəbəkə hesabında paylaşım edib. O

ÇL: "Sabah" – "Barselona" oyunu ilk üçlükdə qərarlaşıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən "Sabah" – "Barselona" qarşılaşması azarkeş sayına görə turun ən yüksək göstəricilərə sahib üç matçından biri olub. bildirir ki, "Report"u


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri beynelxalq bank mezenne son xəbər en sonxeber