AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlandı
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.
KONKRET.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Frank de Blekere bu posta təyin olunub.
AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunub, namizədlərdən belçikalı Frank de Blekerenin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilib.
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranıb. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.
Frank de Blekere iyulun 28-dən Azərbaycan Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.
Qeyd edək ki, Frank de Blekere 1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb və UEFA-nın Hakim-İnspektoru kimi fəaliyyət göstərir.
O, daha əvvəl Belçika Futbol Assosiasiyasının Hakimlər üzrə Texniki Direktorun müavini vəzifəsində işləyib. Sabiq referi 7 dəfə Belçikada ilin hakimi seçilib, 6 dəfə "Qızıl Fit" mükafatı ilə təltif edilib.

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir