AFFA-nın İntizam Komitəsi bu klubları cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 9-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
"Kəpəz" – "İmişli" oyununun 25-ci dəqiqəsində "Kəpəz"in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyunluq cəzalandırılıb, klubu 1000 manat cərimə edilib.
Eyni matçın 38-ci dəqiqəsində "Kəpəz" azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Gəncə təmsilçisi 6000 manat cərimə edilib.
Həmin qarşılaşmanın 68-ci dəqiqəsində "Kəpəz" azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub komandası 3000 manat cərimələnib.
"Araz-Naxçıvan" – "Sabah" oyununda "Sabah"dan 4 nəfər sarı vərəqə aldığı üçün Bakı təmsilçisi 700 manat cərimə edilib.
"Qəbələ" – "Neftçi" oyunu bitdikdən sonra "Neftçi" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Neftçi" komandası 3000 manat cərimələnib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA