AFFA rəsmisi: "Gəncə şəhər stadionu yenisi ilə əvəzlənəcək"
""Kəpəz" peşəkar futbol komandası üçün təlim-məşq mərkəzi və futbol akademiyasının inşasına başlanılıb. İşlər yaxın bir il ərzində yekunlaşacaq".
KONKRET.az-ın məlumatına görə, bu açıqlamanı Gəncədə səfərdə olan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov verib.
O, tikintisi davam edən futbol akademiyasında görülən işlərlə tanış olub.E.Məmmədov qeyd edib ki, Akademiyanın ərazisində təbii ot örtüklü meydan, iki süni örtüklü meydança, inzibati bina, o cümlədən yataqxananın tikintisi reallaşacaq. Eyni zamanda kənardan gələn futbolçuların qidalanması üçün yeməkxana, həmçinin məşğələlər üçün dərs otaqları və konfrans zalı da olacaq.
AFFA rəsmisi Gəncə şəhər stadionunun təmiri məsələsinə də toxunub:
"Gəncə şəhər stadionu ilə bağlı AFFA tərəfindən qərar qəbul olunub. Həmin məkanda mərhələli şəkildə yeni stadion inşa etməyi planlaşdırırıq. Bununla bağlı rəsmi qaydada Gənclər və İdman Nazirliyinə müvafiq müraciət etdik. Çünki, həmin infrastruktur Gənclər və İdman Nazirliyinin balansındadır. Hazırda danışıqlar davam edir və rəsmi icazələrini gözləyirik.
İcazə daxil olan kimi, müvafiq hazırlıq işləri ilə bağlı ictimaiyyətə məlumat verəcəyik. Gənclər və İdman Nazirliyi də hüquqi prosedurlara uyğun hərəkət edir. Yəqin ki, bununla bağlı yaxın gələcəkdə bizə rəsmi cavab gələcək"- deyə Elxan Məmmədov bildirib.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu