Ağcabədidə dələduzluq edən Laçın rayon sakini saxlanıldı
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara məxsus mobil telefonları ələ keçirən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bir neçə rayon ərazisində sakinlərin etibarından sui-istifadə edərək onların mobil telefonlarını ələ keçirən Laçın rayon sakini Ruslan Mirzəyev saxlanılıb. İlkin araşdırmalarla R.Mirzəyevin ayrı-ayrı şəxslərə məxsus 10 mobil telefonu danışıq məqsədi ilə istəyərək daha sonra mənimsədiyi müəyyən edilib. Bununla da vətəndaşlara 3600 manatdan artıq ziyan vurub.
Onun digər cinayətlər törətməsi istisna edilmir. R.Mirzəyevin qanunsuz əməllərindən əziyyət çəkən vətəndaşlar varsa, "102" Xidməti-Zəng Mərkəzinə və Ağcabədi Rayon Polis Şöbəsinin 021-275-50-17 nömrəsinə müraciət etmələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var