Ağlayan uşağa telefon verməyin ağır fəsadları - Nitqi gecikdirir

Ağlayan uşağa telefon verməyin ağır fəsadları - Nitqi gecikdirirUşaqların telefon, planşet və digər rəqəmsal cihazlarla erkən yaşlardan təmasda olması müasir dövrdə valideynləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə ekran qarşısında keçirilən vaxtın artması uşağın fiziki, psixoloji və sosial inkişafına təsiri ilə bağlı müzakirələri gücləndirir. Bəs, ekran istifadəsi hansı yaşdan riskli hesab olunur və ekran asılılığı uşaqların inkişafında hansı problemlərə səbəb ola bilər?
Mövzu ilə bağlı pediatr Elşən Tağıyev Demokrat.az-a bildirib ki, uşaqlarda ekran asılılığı müasir dövrdə valideynlərin ən çox narahatlıq keçirdiyi məsələlərdən birinə çevrilib. 
"Bu gün demək olar ki, hər ailədə oxşar mənzərə ilə qarşılaşmaq mümkündür ki, uşaq ağlayır, ona telefon və ya planşet verilir və uşaq bir neçə saniyə ərzində sakitləşir. Bu üsul valideynlər üçün qısamüddətli rahatlıq yaratsa da, uzunmüddətli perspektivdə uşağın inkişafına müəyyən təsirlər göstərə bilər. Ekranın təsiri təkcə istifadə müddətindən deyil, uşağın yaşından, izlədiyi məzmundan və ekranın gündəlik həyatdakı rolundan da asılıdır. Xüsusilə həyatın ilk iki ili ən həssas dövr hesab olunur. Bu yaş mərhələsində beynin inkişafı çox sürətlə gedir və uşağın ətraf mühitlə canlı ünsiyyəti böyük əhəmiyyət daşıyır. Səs, hərəkət, üz ifadələri və fiziki təmas uşağın inkişafı üçün vacib elementlərdir. Ekran isə bu qarşılıqlı əlaqəni tam şəkildə əvəz edə bilmir. Çünki uşaq ekrana reaksiya versə də, ekran onun davranışına uyğunlaşmır və birtərəfli ünsiyyət yaradır".
Pediatr bildirib ki, erkən yaşlarda müntəzəm ekran istifadəsi nitqin gecikməsi, diqqət müddətinin qısalması və yuxu problemləri ilə əlaqələndirilə bilər.
"Sonrakı yaş mərhələlərində ekran istifadəsi tamamilə qadağan edilməsə də, müəyyən çərçivələr daxilində olması vacib hesab edilir. Problem ekranın mövcudluğu deyil, onun uşağın həyatında digər fəaliyyətlərin yerini tutmağa başlamasıdır. Əgər ekran sosial oyunların, kitab oxumağın, ailə ünsiyyətinin və ya açıq havada fiziki fəaliyyətlərin yerini alırsa, bu zaman müəyyən risklər yarana bilər. Həmçinin uşağın ekran əlindən alındıqda həddindən artıq əsəbiləşməsi, aqressiv davranması və ya başqa fəaliyyətlərə maraq göstərməməsi artıq diqqət tələb edən əlamətlərdən sayıla bilər".
Onun sözlərinə görə, məktəb yaşından sonra isə əsas məsələ ekran qarşısında keçirilən saatların sayı deyil, istifadə olunan məzmun və məqsəddir. 
"Passiv şəkildə fasiləsiz videolar izləmək ilə öyrədici və interaktiv məzmundan istifadə arasında ciddi fərq var. Valideynlərin diqqət etməli olduğu əsas məqamlardan biri də uşağın gündəlik davranışındakı dəyişikliklərdir. Ekran olmadan narahatlıq hissinin yaranması, yuxu problemləri, real oyunlara və dostluq münasibətlərinə marağın azalması ekran istifadəsinin balansının pozulduğuna işarə edə bilər. Bu məsələdə qadağa yolu hər zaman ən effektiv üsul deyil. Daha faydalı yanaşma uşağa alternativ fəaliyyətlər təqdim etməkdir. Birgə oyunlar oynamaq, kitab oxumaq, açıq havada vaxt keçirmək və ailədaxili ünsiyyəti artırmaq uşağın diqqətini fərqli istiqamətlərə yönəldə bilər. Bununla yanaşı, hər uşaq fərqlidir və bütün uşaqlar üçün eyni qaydaları tətbiq etmək düzgün deyil. Valideynlər ciddi narahatlıq hiss etdikdə isə ən doğru addım uşağın vəziyyətini pediatr və ya mütəxəssislə müzakirə etməkdir". / azxeber.com

Sosial       Tarix: 19 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeber.az cəbhədən xəbərlər son xeberler bugun