Aİ enerji böhranı ilə mübarizə üçün 1 trilyon avro XƏRCLƏYƏCƏK
Avropa İttifaqı enerji böhranı ilə mübarizə üçün 1 trilyon avrodan çox vəsait xərcləyə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə RBK "Yakov and Partners" konsaltinq şirkətinin araşdırmasına istinadən məlumat yayıb.
Bildirilib ki, Aİ ölkələrinin büdcə kəsiri 2 trilyon avroya və ya ÜDM-in 11,5-16,2%-nə qədər arta bilər.
Şirkətin araşdırmasına görə, Rusiyadan Aİ-yə qaz tədarükünün azalması və enerji qiymətlərinin artması nəticəsində azot gübrələrinin istehsalı təxminən 70% dayandırılıb. Alüminium 25%, polad istehsalı isə 5% azalıb.
Şirkətin analitiklərinin fikrincə, enerji böhranı ilə mübarizə tədbirləri sayəsində Avropa büdcəsinin kəsiri 675 milyard avrodan (ÜDM-in 4,7%-i) 2 trilyon avroya qədər (ÜDM-in 11,5-16,2%-i) artacaq.
Qeyd edək ki, AK-nin proqnozlarına görə, 2022-ci ilin sonuna Avropa ölkələrinin ÜDM-i 2,7%, 2023-cü ildə isə 1,5% artacaq.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var