"Albayraq" Bakı Limanındakı bu layihələrə 30 milyon dollar yatırım edəcək - FOTOLAR
"Bakı Limanında inşa olunacaq gübrə və Ro-ro layihəsinə 30 milyon dollar yatırım ediləcək".
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin "Albayraq" şirkətinin Azərbaycan üzrə rəhbəri Harun Öncü məlumat verib.
O, gübrə terminalının gələn il martın sonunda reallaşması üçün işlərin sürətlə aparıldığını deyib.
Yeni terminalın istifadəyə verilməsi ilə yeni iş yerlərinin açılacağına diqqət çəkib.
Müşviq Tofiqoğlu,
KONKRET.az