Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng etdi
Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub.
Dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.
Prezident Aleksandr Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.
Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu