Ali Koç istefa verəcək? - özü açıqladı

Ali Koç istefa verəcək? - özü açıqladı"Fənərbaxça" klubunun İstanbulda konqresi keçirilib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, klubun prezidenti Ali Koç konqresdə bir sıra açıqlamalar verib.
O, klubdakı gələcəyi ilə bağlı qərarını bildirib: "Biz idarə heyəti olaraq fəaliyyətimizi və mübarizəmizi davam etdirəcəyik".
Koç, həmçinin çempionluq üçün yaxşı heyətə sahib olduqlarını vurğulayıb: "Çempionluq yolunda psixoloji üstünlük bizim tərəfimizdə idi. Lakin heç kimin əvvəlcədən görə bilmədiyi xal itkiləri ilə çempionluq şansımıza zərbə vurduq. Çoxlarınız haqlı olaraq qəzəbləndiniz. Bizim isə kədərlənmək əvəzinə, problemləri aradan qaldırmaq məcburiyyətindəyik. Ötən il azarkeşlərimiz bizə üç il daha etimad göstərdi və yenidən vəzifəyə gətirdi. Futbol tarixinin ən uğurlu baş məşqçisi sayılan Mourinyonu komandamıza gətirdik. Onunla məqsədimiz təkcə bu günü deyil, gələcəyi də planlaşdırmaqdır. Sizlərin isə bu işi bəyənməmək və ya tənqid etmək haqqınız yoxdur. Biz 99 xal toplayan İsmayıl Kartalı belə tənqid edən insanlarıq. Fənərbaxça tarixində maliyyə baxımından ən dəyərli heyəti qurmuşuq. Keyfiyyətli və təcrübəli bir komanda formalaşdırdığımıza inanırıq".
Ali Koç həmçinin uğursuzluqların yalnız ona aid olduğunu bildirib: "Dəfələrlə vurğulamışam əgər uğursuzluq varsa, bunun tək məsuliyyəti klub prezidentinə aiddir. Heç vaxt kimisə bəhanə gətirməmişəm, bundan sonra da gətirməyəcəyəm. Futbol strukturu baxımından əlimizdən gələn hər şeyi etdiyimizə əminik. Lakin futbolda bəzən ağıl və məntiqin belə izah edə bilməyəcəyi hadisələr də baş verir. Qış fasiləsi zamanı heyətimizi gücləndirmək üçün investisiyaları artırdıq. Talişka, Şkriniar və Dieqo Karlosu transfer etdik və onsuz da güclü olan heyətimizi daha da möhkəmləndirdik. Təbii ki, ikincilik heç kimi qane etmir. İllərdir zirvəyə oynayırıq, lakin ikinciliklə kifayətlənmək məcburiyyətində qalırıq. Bəzilərinin "Fənərbaxça idarəçiliyində zəiflik var" düşüncəsini formalaşdırmaq cəhdlərini qətiyyətlə qınayıram. Biz idarə heyəti olaraq vəzifəmizi və mübarizəmizi davam etdirəcəyik."

İdman       Tarix: 26 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az apa.az xeberler metbuat axsam.az xeberler