Aliment hansı tarixdən hesablanır? - AÇIQLAMA
Boşanma zamanı alimentin hansı tarixdən hesablanması sualı bir çox insanı maraqlandırır. Bu məsələdə dəqiq hüquqi prinsipləri bilmək tərəflər arasındakı mübahisələrin qarşısını alır. Xüsusilə məhkəmə işlərində alimentin ödənilməyə başlayacağı vaxtın təyini böyük önəm daşıyır. Qanunvericilik bu qaydaları konkret şərtlərlə tənzimləyir.
Mövzu ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, tərəflər arasında alimentlə bağlı saziş bağlanmışsa, lakin həmin sazişdə nəzərdə tutulan öhdəliklər yerinə yetirilmirsə, bu halda tərəf məhkəməyə müraciət edərək alimentin sazişin bağlandığı tarixdən hesablanmasını tələb edə bilər:
"Yəni saziş formal olaraq mövcud olsa da, onun icra olunmaması hüquqi baxımdan iddianın təmin olunmasına əsas yaradır. Bundan əlavə, məhkəməyə iddia arvad tərəfindən qaldırıldığı hallarda alimentin hesablanması ümumiyyətlə müraciət tarixindən başlanır. Yəni məhkəməyə hansı tarixdə müraciət edilibsə, aliment həmin tarixdən etibarən hesablanır və bu yanaşma uşağın və ya tərəfin maddi təminatının gecikməməsi məqsədi daşıyır.
Əgər iddia ər tərəfindən nikahın pozulması ilə bağlı qaldırılıbsa, bu zaman da arvadın aliment tələbi irəli sürdüyü tarix əsas götürülür. Beləliklə, alimentin başlanma tarixi məhkəməyə müraciət anı ilə müəyyən olunur və hər iki halda əsas prinsip tərəfin müraciət tarixinin hüquqi başlanğıc nöqtəsi kimi qəbul edilməsidir", - deyə o qeyd edib.
Yəni, valideynlər boşanarkən uşağın dolanışığı üçün pulun hansı gündən hesablanacağını dəqiq bilməlidir. Əgər əvvəldən rəsmi razılaşma varsa amma pul ödənmirsə, məhkəmə həmin müqavilənin bağlandığı gündən aliment təyin edə bilər. Ortada heç bir müqavilə yoxdursa, aliment rəsmi olaraq məhkəməyə ərizə verilən gündən hesablanmağa başlayır. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq