Aliment işləri niyə azaldı? - Hüquqşünas gizli məqamı açdı

Aliment işləri niyə azaldı? - Hüquqşünas gizli məqamı açdıAlimentlə bağlı icra işlərinin sayında azalma müşahidə olunur ki, bu da diqqət çəkən sosial göstəricilərdən biri hesab edilir. Rəsmi statistikaya əsasən, ötən il icraatda 142 min aliment işi qeydə alındığı halda, bu ilin ilk üç ayında bu rəqəm 134 minə düşüb. Bu tendensiya aliment borclarının daha çox ödənilməsi ilə bağlıdır, yoxsa yeni aliment iddialarının sayında azalma ilə izah olunmalıdır? 
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki,aliment işlərinin sayı azalıb:
"Əgər ötən il bu rəqəm 142 min idisə, hazırda 134 minə düşüb. Bunun azalmasının səbəbləri müxtəlif ola bilər. Məsələn, bəzi borclular aliment ödənişlərini tam yerinə yetirdikləri üçün işlər bağlanıb. Digər tərəfdən, uşaqların 18 yaşına çatması ilə aliment öhdəliyi başa çatır və həmin işlər icraatdan çıxarılır.
Bununla yanaşı, son illərdə gec evlənmə hallarının artması, boşanmalar, eləcə də ailələrdə uşaq sayının azalması da bu statistikaya təsir edən amillər sırasında göstərilə bilər. Ümumilikdə, əhali artım tempinin zəifləməsi və demoqrafik dəyişikliklər də aliment işlərinin sayına təsirsiz ötüşmür. Bu tendensiya sosial-iqtisadi dəyişikliklərin ailə institutuna təsirini də göstərir. Eyni zamanda məhkəmə icra mexanizmlərinin daha effektiv işləməsi bəzi işlərin daha tez yekunlaşmasına səbəb ola bilər. Digər bir amil isə tərəflər arasında könüllü razılaşmaların artması ehtimalıdır",- deyə vəkil bildirib.
Yəni, ölkədə aliment işlərinin azalması həm bəzi ataların borclarını tam ödəməsi və uşaqların böyüməsi ilə bağlıdır, həm də evliliklərin azalması və ailələrdə uşaq sayının az olması kimi sosial səbəblərdən irəli gəlir. / azxeber.com

Sosial       Tarix: 19 may 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

"Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər" – Fazil Mustafa

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Mövzu ilə bağlı -a danışan deputat Fazil Mustafa bildirib ki, nikah və boşanmaların sayındakı dəyişikliklər bir sıra sosial amillərlə əlaqəlidir

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026