Almaniya kansleri ilə xarici işlər naziri arasında münasibətlər getdikcə GƏRGİNLƏŞİR
Almaniya kansleri Olaf Şoltsla xarici işlər naziri Annalena Berbok arasında münasibətlər getdikcə gərginləşir.
KONKRET.azxəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Bildirilib ki, son vaxtlar Federal Kansler Aparatının XİN rəhbərindən daim narazılıq üçün əsasları olub.
"Berbokun səhvləri Federal Kansler İdarəsində diqqətlə qeyd olunur", – qəzetə Almaniya hökumətindəki mənbə bildirib.
Qeyd olunub ki, sentyabrda Almaniya XİN başçısı Kiyevə tankların tədarükü ilə bağlı tez bir zamanda qərar qəbul etməyə çağırıb, bundan sonra Federal Kansler Aparatında ciddi söhbət baş tutub.
Məlumata görə, Şolts və Berbok arasında fikir ayrılıqları kanslerin Çinə səfəri zamanı yaranıb.
Bundan əlavə, kansler və nazir arasında daha bir fikir ayrılığı Fransa-Almaniya Nazirlər Kabinetinin oktyabrda Parisdə keçirilməsi planlaşdırılan iclası ilə əlaqədar yaranıb. Berbok ailəsi ilə tətildə olduğunu əsas gətirərək Fransaya getməkdən imtina edib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür