Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətində köklü dəyişikliklərin baş verəcəyi anlamına gəlmir. Tehran üçün əsas məsələ D.Trampın hakimiyyətdən getməsi deyil, Konqresdə qüvvələr balansının dəyişməsi, müharibə ilə bağlı ABŞ daxilində siyasi təzyiqlərin artması, eləcə də Vaşinqtonun Yaxın Şərq siyasətində prioritetlərinin və İsraillə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyidir".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?"Respublikaçıların Konqres üzərində nəzarəti itirməsi D.Tramp administrasiyasının xarici siyasət təşəbbüslərini siyasi və qanunvericilik baxımından çətinləşdirə bilər. Xüsusilə Demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlük əldə etməsi administrasiyanın siyasi manevr imkanlarını məhdudlaşdıra, İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi və hüquqi əsasları ilə bağlı məsələlərin yenidən müzakirəyə çıxarılmasına səbəb ola bilər. Bu isə Ağ Evin hərbi və iqtisadi siyasətində müəyyən dəyişikliklərə yol aça bilər.
Bununla belə, Konqresdə qüvvələr balansının dəyişməsi ABŞ prezidentinin əsas qərarverici və geniş icra səlahiyyətlərinə malik şəxs olaraq mövqeyini aradan qaldırmır. Sadəcə, Tramp administrasiyasının İranla bağlı qərarlarının həyata keçirilməsi siyasi və institusional baxımdan daha mürəkkəb xarakter ala bilər".
Siyasi şərhçi vurğulayır ki, digər mühüm amil Amerika cəmiyyətində müharibə əleyhinə əhval-ruhiyyənin güclənməsidir.
"Bu, İranın maraqları baxımından müəyyən siyasi dividendlər yarada bilər. Respublikaçıların mümkün məğlubiyyətinin səbəbləri sırasında İranla müharibənin iqtisadi nəticələrini, enerji qiymətlərinin yüksəlməsini və Yaxın Şərqdə hərbi qarşıdurmanın ABŞ iqtisadiyyatına yaratdığı əlavə yükü də nəzərə almaq lazımdır.
Amerika cəmiyyətinin əhəmiyyətli bir hissəsi Yaxın Şərqdə uzunmüddətli hərbi münaqişələrin davam etdirilməsində maraqlı deyil. Seçicilər səs verdikləri şəxslərin Konqresdə təmsil olunarkən cəmiyyətin bu mövqeyini nəzərə alacaqlarına ümid edirlər.
ABŞ-İran qarşıdurması yalnız regional təhlükəsizlik məsələsi deyil. Bu qarşıdurma, eyni zamanda, beynəlxalq təhlükəsizliyə, ABŞ-nin iqtisadiyyatına və daxili siyasi sabitliyinə əlavə təzyiqlər yaradır. Bu baxımdan Trampın aralıq seçkilərdə mümkün məğlubiyyəti İranın ABŞ-la danışıqlarda mövqeyini müəyyən qədər gücləndirə bilər. Belə bir siyasi şəraitdə Tramp administrasiyası müəyyən kompromislərə getmək məcburiyyətində qala bilər.
Lakin burada söhbət ciddi strateji güzəştlərdən deyil, daha çox məhdud və taktiki xarakterli addımlardan gedə bilər. Məsələn, İrana qarşı sanksiyaların yumşaldılması və ya dondurulmuş İran aktivlərinin qaytarılması kimi məsələlər danışıqların predmetinə çevrilə bilər. Bununla belə, nüvə məsələsi, Hörmüz boğazının təhlükəsizliyi, İranın regional davranışı və Tehranın təsir dairəsində olan silahlı qruplarla bağlı məsələlər ABŞ-nin strateji maraqları baxımından əhəmiyyətini qoruyacaq. Bu istiqamətlərdə Vaşinqtonun ciddi güzəştlərə getməsi ehtimalı zəif görünür".
Onun sözlərinə görə, İran üçün əsas məqsəd ABŞ-nin yenidən genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirmək imkanlarının zəifləməsi və Vaşinqton üzərində siyasi təzyiqlərin artmasıdır. Belə bir vəziyyət Tehranın maraqlarına uyğun ola bilər.
"Ümumiyyətlə, hazırkı mərhələdə münaqişənin intensivliyinin azalması İran üçün vaxt qazanmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu müddət ərzində Tehran hərbi və mülki infrastrukturu bərpa etməyə, müdafiə potensialını gücləndirməyə, hava hücumundan müdafiə sistemlərini yeniləməyə və ya yenidən qurmağa, müdafiə sənayesinin imkanlarını artırmağa çalışa bilər. Eyni zamanda, regional müttəfiqlərlə koordinasiyanın bərpası və əməkdaşlığın gücləndirilməsi də İranın prioritetləri sırasında yer alır.
Lakin prosesin digər tərəfi də nəzərə alınmalıdır. Trampın seçkilərdə məğlubiyyəti onun bu siyasi zərbənin əvəzini İranla bağlı daha sərt addımlarla çıxmağa çalışmasına səbəb ola bilər. Belə bir ssenaridə administrasiya qısamüddətli siyasi və hərbi əməliyyatlara, eləcə də təzyiq xarakterli addımlara üstünlük verə bilər"
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 07 noyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun cəbhədən son xəbərlər cəbhədən son görüntülər sonxeber