Almaniyada qondarma "Dağlıq Qarabağ Respublikasının nümayəndəliyi"nin fəaliyyəti qadağan edildi

Almaniyada qondarma "Dağlıq Qarabağ Respublikasının nümayəndəliyi"nin fəaliyyəti qadağan edildiAlmaniyada qondarma "Dağlıq Qarabağ Respublikasının nümayəndəliyi"nin fəaliyyəti qadağan edildi
Məlumdur ki, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin əsaslarından biri də Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "Qarabağ rejimi"nin yaradılmasıdır. Bu siyasət çərçivəsində erməni tərəfi işğalçı rejimin leqallaşdırılması üçün lobbi platformaları rolunu oynayan dünyanın müxtəlif ölkələrində separatçıların "diplomatik nümayəndəlikləri"ni yaradır və maliyyələşdirir. 
Bununla belə, görünür ki, Qərb və xüsusilə Avropa Birliyi ölkələri bu cür "nümayəndəliklər"in fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan tərəfinin tələblərini daha həssaslıqla dinləməyə başlayıblar. 
Qarabağ münaqişəsi başlayandan bəri Avropanın iqtisadi və siyasi cəhətdən lider dövlətlərindən biri olan Almaniya  qondarma "DQR" məsələsi və Azərbaycan torpaqlarının işğalı ilə bağlı müntəzəm olaraq açıq mövqeyini bildirir. Ancaq buna baxmayaraq, ölkədə qanunsuz olsa da, Harutyun Qriqoryanın başçılıq etdiyi separatçı "nümayəndəlik" fəaliyyət göstərirdi. Onun vəzifələrinin siyahısına "Dağlıq Qarabağın müstəqilliyi" ideyasını dəstəkləmək, Almaniya vətəndaşlarının, o cümlədən siyasətçilərin Azərbaycanın işğal olunmuş ərazilərinə turist və təhsil səfərlərini təşkil etmək daxildir. Bu, təbii olaraq beynəlxalq hüququn norma və qanunlarını aşaraq baş verir.  
Üstəlik, "DQR" nümayəndəsi Almaniyadakı "müştərilər"inə Dağlıq Qarabağa qanunsuz səfərlər mexanizmləri barədə məlumat verirdi. Eyni zamanda, "nümayəndəlik" özü qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair Alman liberal qanunvericiliyini parazitizasiya edən "Avropa Artsax Tədqiqatları Mərkəzi" qeyri-hökumət təşkilatı kimi formalaşıb. 
Təbii ki, Azərbaycan tərəfinin Almaniya qanunvericiliyi baxımından belə bir "nümayəndəliy"in bu ölkədəki fəaliyyətinin nə dərəcədə  qanunauyğunluğuna dair əsaslı sualları var idi. Bunun Bakı ilə Berlin arasındakı dostluq münasibətlərinə zidd olduğunu qeyd etmək lazımdır. Almaniya Xarici İşlər Nazirliyi Qriqoryanın qanunsuz "diplomatik" fəaliyyətini tanıyırmı və əgər varsa, hansı qanuni əsaslarla? Yoxsa niyə Qarabağ separatçısı qanunsuz əməllərinə görə cavab vermir? 
Nəhayət, mayın 20-də Azərbaycan tərəfinin dəfələrlə təkidli tələblərindən sonra Almaniya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı məktubla cavab verib. 
Almaniya Xarici İşlər Nazirliyi məktubun əvvəlində separatçıların "nümayəndəliyi"nin fəaliyyətinə hüquqi qiymətin əsaslandığı ilkin mövqeyini açıq şəkildə göstərib: 
"Bildiyiniz kimi, Almaniya Federativ Respublikası qondarma "Artsax Respublikası"nı tanımır. Buna görə də ölkədə nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri, nə də bu qurumun tanınmış nümayəndəliyi var". 
Bundan əlavə, Almaniya Xarici İşlər Nazirliyi birbaşa "nümayəndəliy"in fəaliyyət göstərməsi məsələsinə toxunub:  
"Bununla əlaqədar olaraq, Almaniyanın Xarici İşlər Nazirliyi yazılı şəkildə cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq hüquq subyektivliyinin hər hansı bir görünüşünün yaranmasını və əlaqədar diplomatik və ya konsulluq nümayəndəliyini dərhal dayandırmağı tələb edib. Tələbata əməl edilmədiyi təqdirdə, qanuni tədbirlər görüləcəyi diqqətə çatdırılıb".  
Almaniyada qondarma "Dağlıq Qarabağ Respublikasının nümayəndəliyi"nin fəaliyyəti qadağan edildiQeyd edək ki, Almaniya dövlətinin tələblərinə əməl olunmadıqda, Qriqoryan bir ilədək həbs cəzası ilə üzləşə bilər. 
Alman dövlətinin bu birmənalı və sərt reaksiyası Ermənistanın Almaniyadakı səfirliyinin nəzarətində olan bir yarım nəfərdən ibarət "DQR nümayəndəliyi"ndə əsl çaxnaşmaya səbəb olub. Elə həmin gün separatçılar "Facebook" və "Twitter" sosial şəbəkələrindəki "nümayəndəlik" hesablarını deaktiv ediblər. 
Almaniyada qondarma "Dağlıq Qarabağ Respublikasının nümayəndəliyi"nin fəaliyyəti qadağan edildi"Qarabağdan kənar diplomatlar"ın nəzarətində olan "arzach.de" təbliğat saytı da bağlanıb, hansı ki, bunun köməyi ilə separatçılar Almaniyadan işğal altındakı Azərbaycan ərazilərinə "turizmi stimullaşdırmağa" çalışırdılar.  
Harutyun Qriqoryan özü "Facebook"dakı guya "rəsmi" səhifəsini tələsik silib.  
Bir neçə gündür "Qarabağ diplomatı" "Harut HG" istifadəçi adı altında dolaşır və "Artsax"ın müstəqilliyi və subyektivliyi haqqında zəif alman dilində danışırdısa, bu gün belə bir "istifadəçi tapılmadı".  
Nəhayət, Berzanda fəaliyyət göstərən Avropa nümayəndəliyinin "Arzax Tədqiqatları QHT"nin ofisi də bağlanıb.  
Mənbə: Haqqın.az /oxu.az

Siyasi       Tarix: 24 may 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun xankendi sonxabar az son.xeber