"Anam və bacım da yanımda idi, dedim ki, mahnını söndür..." — Son zəngdəki hadisənin təfərrüatı

Göyçayda məktəb illəri ilə vidalaşan gənclərin ən xoş günü qanlı qarşıdurma və məhkəmə zalında yekunlaşıb. Kənd orta məktəbinin qarşısında baş verən mübahisə qısa müddətdə davaya çevrilərək bir nəfərin ağır xəsarət alması ilə nəticələnib.
KONKRET.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə hadisə 2024-cü ilin iyun ayında Çərəcə kəndində, "Son zəng" tədbirinin qızğın vaxtında baş verib. 2000-ci il təvəllüdlü İsmayıl həmkəndlisi Rəşadın "VAZ 2106" markalı avtomobillə məktəbin önünə gəlməsini, toz qaldırmasını və musiqinin səsini yüksək qoymasını özü üçün təhqir hesab edib. Başlanan sözlü mübahisə fiziki zorakılığa keçib. İsmayıl Rəşadı yerə yıxaraq ona dəmir küt alətlə çənə nahiyəsindən zərbələr endirib. Faktla bağlı Cinayət Məcəlləsinin həm xuliqanlıq, həm də qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə iş açılıb.
Məhkəmə prosesində tərəflərin ifadələri bir-birindən kəskin fərqlənib. Təqsirləndirilən şəxs İsmayıl əlində heç bir alət olmadığını, sadəcə ailəsinin yanında Rəşadı nizam-intizama dəvət etdiyini iddia etsə də, zərərçəkmiş tərəf və ekspert rəyləri hadisənin daha qəddar formada baş verdiyini təsdiqləyib.
İş üzrə ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Cərəcə kəndində yaşayır: "Hadisə günü anam və qardaşım ilə məktəbə getdik. Həmin gün qardaşımın "Son Zəng" tədbiri keçirildi. Saat 12 radələrində "Son Zəng" tədbiri keçirilərkən məktəbin həyəti və qarşısında çoxlu insanlar olub. Həmin vaxt məktəbin giriş qapısında dayanarkən Rəşadın idarə etdiyi avtomobillə məktəbin qarşısına gələrək avtomobili saxladı. Həmin vaxt toz qalxdı və avtomobilindən yük səs tonla musiqi səsi gəldi. Rəşad ailə üzvlərim ilə birlikdə məktəbin içərisinə keçərkən ona avtomobili yavaş sürməsini, kənarda saxlamasını və musiqinin səsini aşağı etməsini tələb etdim. Rəşad isə avtomobilini harada istəyirsə, orada saxlaya biləcəyini dedi. Rəşada təkidlə musiqini aşağı etməsini bildirdim. Amma o, geri qayıdaraq ünvanıma nalayiq ifadə işlətdi, sağ əli ilə yumruqla Rəşadın çənə nahiyəsindən bir dəfə zərbə endirdi. Bu zaman ətrafda olan şəxslər yaxınlaşaraq bizi araladı. Həmin vaxt Rəşadın anası gələrək oğlunu vurduğum üçün ailəmin ünvanına nalayiq ifadələr işlətdi. Bundan sonra oradan uzaqlaşaraq getdim. Həmin vaxt əlimdə heç bir dəmir alət olmayıb".
İş üzrə zərərçəkmiş Rəşadın sözlərinə görə, iyunun 14-də, saat 10 radələrində özünə məxsus avtomobili ilə anası və bacısını kənd orta məktəbinə aparıb: "Həmin gün dayım oğlunun "Son Zəng" tədbiri keçirilib. Tədbirdə bir qədər iştirak etdikdən sonra oradan çıxdım. Saat 12 radələrində ailə üzvlərimi götürmək üçün yenidən məktəbə getdim. Məktəbin qarşısında avtomobilimi saxladım və məktəbin içərisinə keçərkən yaxınlıqda dayanan İsmayıl məni yanına çağırdı. İsmayıla tərəf gedən zaman mənə avtomobili qıraqda saxlamağı və avtomobildə işlək vəziyyətdə olan maqintafonu söndürməyimi bildirdi. Bunun İsmayıla aidiyyəti olmadığını bildirdim. İsmayıl üzərimə gələrək ünvanıma nalayiq ifadə işlətdi. Ona yaxınlaşarkən sifət nahiyəmə zərbə endirdi. Zərbənin təsirindən yerə yıxıldım. Bu zaman üz nahiyəmdən qan açıldı və yerə yıxıldım".
Göyçay Rayon Məhkəməsinin hökmü ilə İsmayıl 2 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan 07:00-dək tərk etməsi, həmçinin onun Göyçay rayonu ərazisi hüdudlarını tərk etməsi qadağan olunub.
Göyçay Rayon Məhkəməsinin ilkin hökmü ilə İsmayıla 2 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq gəzdirmə) cəzası verilsə də, prokurorluq bu qərardan narazı qalaraq apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsində işə yenidən baxılaraq cəza müddəti artırılıb. Lakin 2025-ci ilin dekabrında qəbul edilmiş "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya aktı təqsirləndirilən şəxs üçün son şans olub. Məhkəmə amnistiya qərarını tətbiq edərək İsmayılı cəzadan azad edib.

Hadisə       Tarix: 03 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Gəncədə iki nəfəri bıçaqlayan şəxs tutuldu

Gəncədə iki nəfəri bıçaqlayan şəxs tutulub. KONKRET.azapa-ya istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü E.Qurbanova və E.İbrahimova bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlə

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Qeyd edilib ki, zəlzələ hiss olunmayıb

Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var

Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanıb. KONKRET.azxəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 0

Xaçmazdan Bakıya gələn avtobusda yanğın baş verdi

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunda yanğın baş verib. xəbər verir ki, hadisə bu gün saat 16:40 radələrində, avtobus Bakı istiqamətində hərəkətdə olarkən Şabran rayonu ərazisində baş verib. Belə ki

Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar

Səhiyyə Nazirliyinin balansında olan Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın hadisəsi baş verib. xəbər verir ki, ümumilikdə 98 pasiyentin müalicə aldığı ikimərtəbəli binanın mətbəxində qeydə alınan yanğın Fövqəlad

Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb

Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb. xəbər verir ki, hadisə Reynland-Pfalts federal əyalətinin Eyfel rayonunda yerləşən ABŞ-ın Şpandahlem hərbi bazasının yaxınlığında baş verib. Rayon rəhbərliyinin ilki

Ağdamda kəhriz quyusundan meyit tapıldı

Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib. apa-ya istinadən xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb

Bakıda restoranda meyit tapıldı

Bakıda restoranda 64 yaşlı kişinin meyiti tapılıb. APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün paytaxtın Nizami rayonunda baş verib. Məlumata görə, 1962-ci il təvəllüdlü Bəxtiyar Məmmədovun üzərində zorakılıq əlamətlər

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO

İmişli Şəkər Zavodunun ərazisində yanğın olub. "Report"a istinadən xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyət


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeber xeberler az cəbhədən son xəbərlər 2026 xeberler bugun