1,7 milyonluq qızılı ələ keçirdilər: biri azərbaycanlıdır
Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda özlərini polis kimi təqdim edərək iki qadını aldadan 5 nəfər həbs edilib.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, şübhəlilər 64 yaşlı Gülşən Ş.-yə zəng edərək adının terror təşkilatı ilə bağlı istintaqda hallandığını bildiriblər. Onlar qadını aldadaraq 1 milyon 700 min lirə dəyərində qızıl-zinət əşyalarını ələ keçiriblər.
Qadının şikayəti əsasında polis əməkdaşları Beytullah K.-nı saxlayıblar. Araşdırma zamanı onun qızılları Azərbaycan vətəndaşı Yaşar M.-ə təhvil verdiyi müəyyənləşib. Yaşar M.-in qızılları sataraq əldə etdiyi vəsaiti kriptovalyutaya çevirdiyi məlum olub.
Növbəti əməliyyat zamanı Yaşar M. və daha üç nəfər saxlanılıb. Şübhəlilərin Osmaniyədə yaşayan 50 yaşlı Nuran Ş.-ni də eyni üsulla aldatdıqları üzə çıxıb.
Hadisə ilə bağlı ümumilikdə 5 nəfər barəsində həbs qərarı verilib.
Araşdırma davam etdirilir.

İlham Əliyev Livan prezidentini təbrik etdi
Zaxarova: BMT-də islahatlar təşkilatın bütün sahələrini əhatə etməlidir
"Neftçi" liderliyə yüksəldi - "Qarabağ" "Kəpəz"ə qarşı
Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
Gürcüstanda surroqat analıq qadağan edilir
Payızda immuniteti zəiflədən amillər – Özünüzü necə qorumalısınız?
Avtobus və taksi qiymətləri yenidən artacaq? - Rekord göstərici
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionundakı kimi hiss edirdik"
Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi
Yalçın Babayev işdən azad edildi
Azərbaycanda ən yüksək maaş verilən şəhər və rayonlar - SİYAHI
Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü - FOTO
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutulub
Vəfa Şərifovadan evlilik təklifi ilə bağlı AÇIQLAMA
Vəfa Şərifova ikinci dəfə ailə həyatı qurdu?