Anar Salmanov Mirbağır İsayevi məhkəməyə verdi
AFFA rəsmisi Anar Salmanov Mirbağır İsayevi məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, Anar Salmanov Mirbağır İsayevin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Bu səbəbdən Anar Salmanov Nizami Rayon Məhkəməsinə müraciət edib.
Onun şikayəti hakim Rauf Əhmədovun icraatına verilib.
Məhkəmənin vaxtı məlum deyil.
Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılan "Səbail" rəsmisi Mirbağır İsayev apasport.az saytına açıqlamasında "Keşlə" ilə görüşdə hakim-inspektor Anar Salmanov barədə bu fikirləri səsləndirib: "Salmanov özünü elə aparır ki, sanki göydən düşüb, vaxtilə rüşvəti o yox, biz almışıq, futboldan da onu deyil, məni siliblər. Təhqir eləmədim, sadəcə, bu sözləri üzünə dedim. Dedim ki, rüşvətə görə futboldan uzaqlaşdırılmısan, indi də gəlib hakimə qiymət verirsən. Onu vaxtilə futboldan niyə siliblər? Səslərinə qədər qulaq asmışam".

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi