Ankarada Heydər Əliyevin 100 illiyi qeyd olundu – FOTOLAR
Ankarada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
azxeber.com xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutub.
İlk öncə Turkiyə-Azərbaycan himnləri səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri, professor Aygün Əttar, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Türkiyə prezidentinin müşaviri Mücahit Küçükyılmaz, Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəisi Əhməd Türköz, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Azəri-Türk Qadınları ictimai birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanın və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ictimai birliyinin sədri İlham İsmayılov, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Zaur Məmmədov çıxış ediblər. Çıxışçılar Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında fədakar xidmətlərindən, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının tarixi köklərindən, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ikitərəfli və çoxtərədli beynəlxalq əlaqələrin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində artıq yüksək inkişaf səviyyəyə çatmasından və hazırda Türkiyə ilə strateji əməkdaşlıq sayəsində regionda sülhün, təhlükəsizliyin təmin olunmasından danışıblar.
Tədbir konsert proqramı ilə yekunlasıb. Qeyd edək ki, nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilmiş anım tədbirində iştirak etməklə yanaşı, bir sıra görüşlər keçirəcək və dağıdıcı zəlzələyə məruz qalan Kahramanmaraş bölgəsini ziyarət edəcək.















Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi