Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?
Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 6000 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib.
Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağır olduğunu bildirib. O, böyrəyini məhz maddi çətinlik səbəbindən satmaq istədiyiniəsas gətirərək cəriməni necə ödəyəcəyini də sual edib.
Maraqlıdır, Azərbaycanda insan orqanlarının, o cümlədən böyrəyinsatılması hansı hüquqi əsasla qadağan edilir? Belə hal hansı məsuliyyətə səbəbola bilər?
Mövzu ilə bağlı azxeber.com-a açıqlama verən vəkil, AzərbaycanKönüllü Həkimlər Assosiasiyasının İdarə Heyətinin üzvü Roman Qaraşov bildiribki, Azərbaycanda insan orqanlarının alqı-satqısı qanunvericiliklə qadağanedilir:
"Azərbaycanda insan orqanlarının, o cümlədən böyrəyin maddiqarşılıq müqabilində alqı-satqısı qanunvericiliklə birmənalı şəkildə qadağanedilir. Bu qadağanın əsas normativ bazası "İnsan orqan və toxumalarınındonorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun32-ci maddəsidir. Həmin normaya əsasən, donor orqanların alqı-satqısına və bu məqsədləreklam fəaliyyətinə yol verilmir. Qanunvericinin bu yanaşması insan orqanınınkommersiya dövriyyəsinin predmeti kimi qiymətləndirilməsini istisna edir. Yəniinsan orqanı alınıb-satılan adi əmlak hesab edilə bilməz. Donorluq yalnızqanunla müəyyən edilmiş tibbi, etik və hüquqi prosedurlar çərçivəsində həyatakeçirilə bilər".
Vəkil qeyd edib ki, insan orqanlarının alqı-satqısı iləbağlı qanun pozuntusuna görə cinayət məsuliyyəti də nəzərdə tutulur:
"Bu qadağanın pozulmasına görə cinayət məsuliyyəti AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 137-ci maddəsində nəzərdə tutulub. Məcəllənin137.1-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donororqanların alqı-satqısı 6 min manatdan 9 min manatadək cərimə, 2 ilədək müddətəislah işləri və ya müəyyən vəzifə tutma, yaxud müəyyən fəaliyyətlə məşğul olmahüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetməilə cəzalandırıla bilər. Bu baxımdan, mediada qeyd olunan 6 min manat cəriməCinayət Məcəlləsinin 137.1-ci maddəsində müəyyən edilmiş cərimənin aşağı həddinəuyğundur".
R.Qaraşov bildirib ki, qanunvericilikdə orqan alqı-satqısıilə bağlı digər hallar üçün də məsuliyyət müəyyən edilir:
"137-ci maddənin digər hissələri qanunsuz transplantasiya, şəxsinrazılığı olmadan orqanın götürülməsi, buna məcburetmə, qanunla donor olmasıqadağan edilən şəxslərdən orqan götürülməsi, habelə bu əməllərin ağırlaşdırıcıhallarda törədilməsi ilə bağlı ayrıca məsuliyyət müəyyən edir".
Vəkil vurğulayıb ki, şəxsin sadəcə böyrəyini satmaq istədiyinibildirməsi ilə orqanın alqı-satqısına yönəlmiş konkret hərəkətlər etməsi eynihüquqi nəticə doğurmur:
"Burada mühüm hüquqi məqam ondan ibarətdir ki, şəxsin sadəcə"böyrəyimi satmaq istəyirəm" deməsi ilə faktiki olaraq orqanın alqı-satqısınayönəlmiş hərəkətlər etməsi eyni hüquqi nəticə doğurmur. Cinayət hüququnda məsuliyyətkonkret əmələ və həmin əməlin qanunda nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinəuyğun olub-olmamasına əsasən müəyyən edilir. Əgər alqı-satqı başa çatmayıbsa,lakin onun həyata keçirilməsinə bilavasitə yönəlmiş real hərəkətlər edilibsə,bu hal cinayətə cəhd kimi ayrıca hüquqi qiymətləndirilə bilər".
Ekspert hesab edir ki, bu səbəbdən hadisəni "böyrəyinisatmaq istədiyinə görə cərimələndi" kimi təqdim etmək hüquqi baxımdan tam dəqiqolmaya bilər:
"Media dilində "böyrəyini satmaq istədiyinə görə cərimələndi"ifadəsi hüquqi baxımdan bir qədər sadələşdirilmiş yanaşmadır. Daha dəqiq ifadəondan ibarətdir ki, şəxsin böyrəyin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərinəhüquqi qiymət verilib və cinayət məsuliyyəti tətbiq olunub. Qanun könüllü və əvəzsizdonorluğu qadağan etmir. Qadağan edilən insan orqanının maddi mənfəət vəalqı-satqı predmetinə çevrilməsidir".
Fəridə Əsədzadə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü