AQEM-də Azərbaycanın regional siyasəti, ədalət və beynəlxalq əməkdaşlıq mesajları önə çəkildi

Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın regional və beynəlxalq siyasətinin əsas istiqamətlərini, müharibə cinayətlərinə görə məsuliyyətin təmin edilməsi, beynəlxalq təşkilatların fəaliyyəti və regional sülh təşəbbüslərini bir daha gündəmə gətirib.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasında səsləndirib.
AQEM-də Azərbaycanın regional siyasəti, ədalət və beynəlxalq əməkdaşlıq mesajları önə çəkildiO, bildirib ki, Prezident İlham Əliyevin çıxışında Ermənistanın keçmiş rəhbərlərinin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunması məsələsi xüsusi yer tutub. Müharibənin başa çatması onun gedişində törədilmiş cinayətlərin unudulması demək deyil. Münaqişənin nəticələri ilə yanaşı, səbəblərinin də yadda saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibdir.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın keçmiş rəhbərlərinin məsuliyyəti ilə yanaşı, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyanın da əvvəlki siyasətdən uzaqlaşmaq və sülhün təmin olunması istiqamətində fərqli addımlar atmaq imkanı var idi. Lakin Ermənistanın yeni rəhbərliyi də əvvəlki hakimiyyətlərin siyasətini davam etdirdi. İşğalçılıq siyasətindən əl çəkilməməsi, status-kvonun qorunması cəhdləri və yeni ərazi iddiaları müharibəyə gətirib çıxaran amillərdəndir.
Elmir Səftərov qeyd edib ki, Azərbaycanın uzun illər ərzində münaqişənin danışıqlar yolu ilə həllinə ümid bəsləməsinə baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin dinc yolla həllinə imkan verməyib. Nəticədə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub.
O, vurğulayıb ki, bu gün Azərbaycanın müharibə cinayətlərinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində atdığı addımlar ədalətin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Beynəlxalq təşkilatların fəaliyyəti və ikili standartlar
Siyasi şərhçi bildirib ki, Prezidentin çıxışında beynəlxalq təşkilatların münaqişə dövründəki fəaliyyəti, eləcə də Avropa Şurası və Avropa Parlamentinin Azərbaycana münasibəti ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Onun sözlərinə görə, Azərbaycanın ərazilərinin işğalı dövründə Ermənistana qarşı ciddi təzyiqlərin və sanksiyaların tətbiq edilməməsi, bəzi Qərb təsisatlarının isə Ermənistana siyasi dəstək göstərməsi beynəlxalq münasibətlərdə ikili standartların mövcudluğunun aydın göstəricisidir.
Elmir Səftərov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra da bəzi beynəlxalq dairələrin və dövlətlərin yaranmış reallıqları qəbul etmək istəməməsi onların regionda təzyiq və təsir imkanlarını qorumaq, eləcə də uzun illər dəstəklədikləri tərəfin məğlubiyyətini qəbul etməmək cəhdləri ilə əlaqəlidir.
BMT və beynəlxalq qərarların icrası mexanizmlərinin zəifliyi
Siyasi şərhçinin fikrincə, çıxışın əsas istiqamətlərindən biri də beynəlxalq sistemin effektivliyi və qəbul edilmiş qərarların icrası ilə bağlı problemlərdir.
O, bildirib ki, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin icrasını təmin edən mexanizmlərin işləməməsi beynəlxalq sistemin əsas çatışmazlıqlarından biridir. Xüsusilə böyük dövlətlərin maraqlarının beynəlxalq qərarların qəbuluna və icrasına təsir göstərməsi təşkilatların fəaliyyət imkanlarını məhdudlaşdırır.
Elmir Səftərov vurğulayıb ki, bu vəziyyət beynəlxalq hüququn tətbiqində qeyri-bərabər yanaşmalara və uzunmüddətli münaqişələrin həll edilmədən qalmasına şərait yaradır.
Azərbaycanın sülh siyasəti və regional əməkdaşlıq təşəbbüsləri
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın münaqişədən sonrakı dövrdə əsas prioritetlərindən biri regional sülhün və sabitliyin təmin edilməsi olub.
Onun sözlərinə görə, qalib ölkə kimi Azərbaycan Ermənistana sülh təklifləri ilə çıxış edib, qarşılıqlı etimadın möhkəmləndirilməsini və regional əməkdaşlığın inkişafını dəstəkləyib. Azərbaycanın yanaşması qisas siyasətindən uzaqlaşmaq, münasibətlərin normallaşdırılmasına nail olmaq və regionda davamlı sülh şəraiti yaratmaq prinsiplərinə əsaslanır.
Elmir Səftərov bildirib ki, Azərbaycanın sülh təşəbbüsləri münaqişənin davam etdirilməsindən deyil, onun siyasi və iqtisadi əməkdaşlıq vasitəsilə geridə qoyulmasından yana olduğunu nümayiş etdirir.
AQEM-ə sədrliyin uzadılması və Azərbaycanın diplomatik mövqeyi
Siyasi şərhçi Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin daha iki il uzadılmasını üzv dövlətlərin ölkəmizə göstərdiyi etimadın və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin göstəricisi kimi qiymətləndirib.
O, bildirib ki, bu qərar Azərbaycanın təşkilat daxilindəki diplomatik nüfuzunu artırmaqla yanaşı, regional və qlobal məsələlərin müzakirəsində dialoq platforması kimi rolunu da gücləndirir.
Elmir Səftərovun sözlərinə görə, sədrliyin davam etdirilməsi Azərbaycanın müxtəlif siyasi və coğrafi istiqamətlərdən olan dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə vermək imkanlarını artırır. Bu baxımdan AQEM çərçivəsində fəaliyyət ölkənin xarici siyasət prioritetlərinin həyata keçirilməsi üçün mühüm vasitədir.
O, qeyd edib ki, Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində əsas hədəflərdən biri Asiya ilə Avropa arasında əlaqələrin gücləndirilməsidir. Mərkəzi Asiya, Yaxın Şərq, Afrika, Cənub-Şərqi Asiya, Cənubi Qafqaz və Avropa ölkələri arasında əməkdaşlığın genişləndirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələr sistemindəki mövqeyini daha da gücləndirə bilər.
Siyasi şərhçi əməkdaşlığın əsas istiqamətlərinin nəqliyyat və tranzit əlaqələrinin inkişafı, enerji əməkdaşlığının genişləndirilməsi, rəqəmsal əməkdaşlığın gücləndirilməsi, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, dövlətlər arasında qarşılıqlı etimadın artırılması, iqtisadi və siyasi dialoqun inkişaf etdirilməsindən ibarət olduğunu bildirib.
Elmir Səftərov vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi müxtəlif regionları birləşdirən mühüm qovşaq rolunu oynamaq üçün əlverişli imkanlar yaradır. AQEM çərçivəsində bu imkanların reallaşdırılması ölkənin regional və beynəlxalq əməkdaşlıqda rolunu daha da artırmağa xidmət edir.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 17 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri

 Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. İlin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmləni

Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin nəticəsind

AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktor

Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Paşinyanın sülhlə bağlı son mesajlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr genişlənib

Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib

Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyinin "Minasız dünya" beynəlxalq kampaniyasının 2026-cı il oktyabrın 15-də növbəti dayanacağı Avstriyanın Salzburq şəhəri olub. xəbər verir ki, sərgi Avstriyadak

İlham Əliyev Hakan Fidanı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləs

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Ərdoğanın baş müşaviri Oqtay Saralın məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz olaraq, "hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir" açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəlib. xəbər verir ki, bu barədə nazir "X" sosia

"Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər"

Ermənistan və Türkiyə arasında dialoq və münasibətlərin normallaşdırılması prosesi sərhədin istənilən an açılması barədə qərar qəbul etməyə imkan verəcək qədər irəliləyib. apa-ya istinadən xəbər verir ki, bunu Ermənistanı


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber az hava haqqinda son xəbərlər azərbaycanda son xabar