Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilibAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Peru XİN arasında 27-də videokonfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsi məlumat yayıb.
Qeyd olunub ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Peru nümayəndə heyətinə isə həmin ölkənin xarici siyasət idarəsi Xaricdəki Peru İcmaları və Konsulluq İşləri üzrə Baş idarəsinin direktoru Pedro Bravo Karranza rəhbərlik edib.
Görüşdə hər iki ölkənin xarici siyasət qurumlarının məsul əməkdaşları ilə yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmin nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) nümayəndələri, o cümlədən ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin, Perudakı diplomatik ofisin əməkdaşları iştirak edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının gücləndirilməsi, xüsusən də qarşılıqlı səfərlər üçün ümumvətəndaş pasport sahiblərinə vizasız gediş-gəlişin təmin edilməsi imkanları müzakirə edilib.
Eyni zamanda, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması, bu sahədə reallaşan layihələr barədə müzakirə aparılıb və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, iki ölkə arasında arasında daxili işlər, təhsil, əmək və digər əlaqəli sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Siyasi       Tarix: 29 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan - Ermənistan "Sülh körpüsü" dialoqunun beşinci görüşü başa çatdı

Noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən "Sülh körpüsü" təşəbbüsünün beşinci ikitərəfli dəyirmi masası başa çatıb

Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib

Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib. xəbər verir ki, qanuna əsasən, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda Abşero

Azərbaycan XİN Misirə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misirə başsağlığı verib. xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. "Misirin Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəz

Estoniyalı nazir: Azərbaycanlı tələbələrin ölkəmizdə oxumasını istəyirik

"Estoniya azərbaycanlı tələbələrin ölkənin ali təhsil müəssisələrində təhsil almasını, eləcə də estoniyalıların Azərbaycana səfərlərinin artmasını istəyir". xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər nazir

Geosiyasi dahinin böyük uğurları: Rusiyanı bu vəziyyətə salmaq üçün əsl istedad lazımdır

Etiraf etmək lazımdır: 25 il mütləq hakimiyyətdə qalmaq, neft pullarının dibsiz dənizində üzmək və bütün bunların sonunda adambaşına düşən nominal ÜDM-i Çili səviyyəsinə, hətta Kosta-Rikadakından da aşağı həddə endirmək üçü

Estoniyalı nazir: "Putin müharibəyə son qoya bilər, amma bunu etmir

"Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiyanın Ukraynaya hücumlarının davam etdiyini, eyni zamanda Avropaya qarşı terror və sabotaj xarakterli addımların atıldığını bildirib". . xəbər verir ki, bu sözlər

Moskva "bükə bilmədiyi əli öpür" - Cənubi Qafqazda Türkiyə reallığı etiraf edildi

Rusiya Cənubi Qafqazda yeni hərbi münaqişələrin qarşısının alınmasında maraqlıdır. xəbər verir ki, bunu rusiyalı qafqazşünas alim Aleksandr Krılov İrəvanda keçirilən konfransda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib

"Azərbaycandan öyrənəcəyimiz çox şey var"

Regionda baş verən proseslər fonunda Azərbaycandan sabitliyin necə təmin olunması ilə bağlı öyrənəcəyimiz çox şey var. KONKRET.azxəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna azərbaycanlı həmkar

Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman

Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti xarici ölkələrə malları


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbər son xabarlar bugunun xeberleri maşın realiti şou