"Araz" supermarketin iki mağazası boşaldılır, obyektlər satışa çıxarıldı
"Araz" supermarketlər şəbəkəsinin iki ünvanda yerləşən mağazaları boşaldıla bilər.
KONKRET.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb mağazaların yerləşdiyi obyektlərin satışa çıxarılmasıdır.
Belə ki, marketlər şəbəkəsinin Qaradağ rayonunda ümumi sahəsi 4800 kvadrat metrə malik olan obyektdə filialı fəaliyyət göstərir. Obyekt aylıq 38 000 manata "Araz" supermarketlər şəbəkəsinə icarəyə verilib. Lakin sahibi obyekti satmaq qərarına gəlib. Obyekt nə az, nə çox – 5 700 000 manata təklif olunur.
Bundan əlavə, marketlər şəbəkəsinin icarəyə götürdüyü digər mağazası Bakıxanov qəsəbəsində yerləşir. Burada da mağazanın yerləşdiyi bina sahibi tərəfindən 3 600 000 manata satışa çıxarılıb. "Araz" supermarketlər şəbəkəsi ümumi sahəsi 1700 kvadrat metr olan obyektə görə aylıq 18 000 manat icarə haqqı ödəyir.
Alıcıların istəyinə uyğun olaraq, obyektlərdə "Araz" supermarketin mağazasının fəaliyyət göstərib-göstərməyəcəyinə sonda qərar veriləcək.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR