Argentinanın vitse-prezidentinə sui-qəsd cəhdi - VİDEO + FOTO
Argentinanın keçmiş prezidenti və hazırkı vitse-prezident Kristina Kirşnerə sui-qəsd cəhdi olub.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, hadisə sentyabrın 1-də Buenos-Ayresdə vitse-prezidentin evinin yaxınlığında baş verib.
Bildirilir ki, Kirşner avtomobildən çıxarkən kütlənin arasından naməlum şəxs ona silah tuşlayıb.
"Todo Noticias" telekanalının məlumatına görə, silahlı şəxs tətiyi çəksədə silah atəş açmayıb. O, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
İlkin məlumatlara görə, həmin şəxsin 35 yaşlı Braziliya vətəndaşı Fernando Andres Sabag Montiel olduğu müəyyən edilib.
Argentina prezidenti Alberto Fernandes hadisəni sui-qəsd cəhdi adlandırıb.
Hücumu Venesuela, Kuba, Boliviya və Çili prezidenti pisləyib.
Qeyd edək ki, Kristina Kirşner korrupsiyada ittiham olunur. O, prezident vəzifəsində işlədiyi 2007-2015-ci illərdə infrastruktur layihələrinin həyata keçirilməsi üçün cinayət sxeminin təşkilatçısı hesab olunur. İş üzrə daha 12 təqsirləndirilən şəxs var. Avqustda keçirilən məhkəmədə prokuror Kirşnerə 12 il həbs və 1 milyard dollar cərimə, habelə ömürlük dövlət vəzifəsində işləmək qadağası istəyib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı