Arı sancmasından ölən gənclə bağlı dəhşətli faktlar: Nişanlısıgilin evində... - VİDEO
Qurban bayramı günü nişanlısının evinə gedən gənci arı sancıb. Birdən birə halı pisləşən İlqar Qəhrəmanov dünyasını dəyişib.
azxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Ağstafanın Aşağı Göycəli kəndində qeydə alınıb. Şəmkir rayon sakini, 24 yaşlı İlqar Qəhrəmanov nişanlısıgilin evinə bayramlaşmağa gəlibmiş.
Ailə üzvləri gəncə ilkin tibbi yardım göstərib, daha sonra təcili tibbi yardıma müraciət ediblər. Ağstafa rayon təcili tibbi yardım stansıyasının həkimi Natiq Tomayevin sözlərinə görə, edilən tibbi müdaxilələrə baxmayaraq həmin şəxs dünyasını dəyişib.
İddialara görə, ölən gənc oğlan dəfn zamanı ayılıb. Kənd sakinlərinin "Xəzər Xəbər"ə bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.
Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub. Bu gün 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbiristanlıqda məlum olub ki, o, sağdır. Dərhal yaxınları onu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. İlqar Qəhramanov bir neçə saat sonra xəstəxanada vəfat edib.
Verilən məlumatlardan aydın olur ki, İlqar Qəhrəmanov 2 yerdə -Ağstafa və Gəncədə dünyasını dəyişib. Əsl həqiqət isə aparılacaq araşdırmadan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var