"Arvadımla cinsi əlaqədə olmuşdu" - Dostunu bıçaqlayan kişi

Goranboyda dostunu bıçaqlamaqda təqsirləndirilən Mərdan Fətullayevin (ad soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mərdan Fətullayev dostu Niyazi Məmmədovu (ad soyad şərtidir) arvadını ilə münasibəti olduğunu üçün bıçaqlayıb.
azxeber.com bildirir ki, lent.az həmin cinayət işi üzrə materialları əldə edib.  
İttihama görə, hadisə ötən il iyun ayının 5-də Goranboy rayonunda qeydə alınıb.  
Mərdan Fətullayev həyat yoldaşı Gülnarın dostu Niyazi ilə münasibəti olduğunu bilib və bu səbəbdən Niyazini bıçaqlayıb.
Məhkəmədə ifadə verən Mərdan Fətullayev özünü qismən təqsirli bilib. O ifadəsində bildirib ki, 2011-ci ildə Gülnarla evlənib və birgə nikahlarından 3 azyaşlı övladları olub:
"Yoldaşım rayonda yerləşən paltar mağazasında çalışırdı. Münasibətimiz yaxşı olub. Normal ailə kimi yaşamışıq. Niyazi ilə dostluq münasibətlərimiz olub. Evimizə gəlib-gedən olub. Mən onun həyat yoldaşını tanımışam, o da mənim ailəmi tanıyıb. Hadisədən 5-6 ay qabaq Niyazinin rayonda əlavə ev kirayə götürdüyünü eşitdim. Həmin ev mənim yoldaşımın işlədiyi mağazanın yaxınlığında idi. Qulağıma çatdı ki, Niyazi tez-tez mağazaya gedib-gəlir".
Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra onda şübhələr yaranıb:
"Bütün gün bu barədə düşünməyə başladım. Qərar verdim ki, Gülnarın işlədiyi mağazaya telefon yerləşdirim, səs yazım. Bu səbəbdən gecə evdən mağazanın açarını götürüb, oraya getdim. Telefonumu mağazanın tavan hissəsində yerləşdirdim. Səs yazanı da işlək vəziyyətə gətirdim. Səhəri gün yoldaşım işə getdi. Axşamüstü onu işdən çıxanda götürüb evə gətirdim. Özüm isə yenidən mağazaya qayıtdım. Telefonun səs yazanına qulaq asanda onların bir-biri ilə danışdıqlarının şahidi oldum. Həmin gün hətta Niyazi mağazaya gəlib və Gülnarla cinsi münasibətdə olub. Bunların bütün səsləri telefonumda qeyd edilmişdi. Artıq Niyazi ilə Gülnarın arasında münasibətdən xəbərdar oldum".
Mərdan Fətullayev qeyd edib ki, səs yazısını dinlədikdən sonra Niyazidən qisas almaq qərarına gəlib:
"Mağazadan çıxıb evə gəldim. Gülnara heç nə demədim. Evdən bıçağı götürüb çıxdım. Niyaziyə zəng edib, görüşmək istədiyimi bildirdim. Niyazi qardaşıgildə olduğunu dedi. Məni də onlara dəvət etdi. Niyazinin qardaşının evinə çatanda onları həyətdə gördüm. Məni çay içməyə dəvət etdilər, mən də girib çay içdim. Daha sonra birlikdə parka tərəf piyada yeriməyə başladıq. Ona yoldaşımın işlədiyi mağazaya gedib-getmədiyini soruşdum. O, sanki bir az tutuldu. Lakin dedi getməmişəm. Parkda səs yazısını çıxarıb ona verdim. Tutulub qaldı. Ona ailəmi niyə dağıtdığını, bu cür hərəkəti niyə etdiyini soruşdum, cavab verə bilmədi. Evdən götürdüyüm bıçağı çıxartdım və oturaqlı vəziyyətdə olan onun sol qoluna vurdum. O da özünü saxlaya bilmədi, sağ yanı üstə yerə yıxıldı. Ardınca ayağa qalxdı. Bıçaqla onun sol qoltuq altı nahiyəsinə vurdum. Həmin zərbədən sonra Niyazi qaçmağa başladı".
Təqsirləndirilən şəxs bildirib ki, Niyazini bıçaqladıqdan sonra təslim olmaq üçün polisə gedib:
"Yolda qardaşı qabağıma çıxdı. Niyazini məndən soruşdu, mən isə cavab vermək istəmədim. Dedim bıçaqlayıblar, amma demədim mən bıçaqlamışam. Dedim xəbərim yoxdur. Piyada Goranboy rayon polis şöbəsinin inzibati binasının qarşısına gəldim. Telefonla Gülnara zəng edib sözlərimi dedim və girib təslim oldum".
Məhkəmədə ifadə verən zərərçəkmiş Niyazi Məmmədov Gülnarla olan münasibətini etiraf edib. O bildirib ki, dostu Mərdanla ailəvi yaxınlığı olub:
"Evlərini gediş-gəlişimiz vardı. Onlara gedən zaman arvadı Gülnarla münasibətim yarandı. Ondan xoşum gəldi. Bir müddət sonra Gülnara olan hisslərimə dedim. O da məndən xoşu gəldiyini etiraf elədi. Biz onunla gizli münasibət yaşamağa başladıq. Gülnarla mütəmadi görüşməsək də, telefonla danışırdıq. Onunla cəmi iki dəfə cinsi münasibətdə olmuşuq".
Zərərçəkən bildirib ki, hadisə günü Mərdan onunla görüşmək istəyib:
"Biz qardaşımgildə görüşüb, çay içdik. Sonra ikimiz park istiqamətə getdik. Orada Mərdan mənimlə Gülnar arasında münasibətdən xəbər tutduğunu dedi. Heç nə deyə bilmədim. Bıçaqla məni iki dəfə zərbə vurdu. Şikayətçi deyiləm, tələbim yoxdur".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mərdan Fətullayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 18 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba

Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir

Almaniyanın avtomobil sənayesi dərin böhranla üzləşib. Ştutqartda yerləşən avtomobil istehsalçısı Mercedes-Benz ölkədəki zavodlarına bütün yeni investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib. xəbər verir ki, şirkə

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

İnsan ölənə yaxın bu 4 sözü deyir

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. Tanınmış onkoloq

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı

Bakıda supermarketlərdən birindən oğurluq edilib. -a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində yerləşən marketlərdən birinə qeydə alınıb. İnternat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagird


azerbaycan xeberleri son xeberler yeni xeberler maşın realiti şou bugun xeberler cəbhədən canlı valyuta