Astarada dəhşətli cinayət- Dostunu evinə çağırıb,öldürüb, evi yandırdı
Astara rayonunda dəhşətli qətl hadisə baş verib.
Open.az-ın məlumatına görə, hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb.
Kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun kənd sakini Əliyev Sadıq Noruz oğlunun evində yanaraq ölməsi barədə məlumat daxil olub.
Hadisə yerinə və yanmış evə baxış keçirilərkən ev sahibi S.Əliyev saxlanılıb. İlkin dindirilmə zamanı o C.Əliyevi qətlə yetirdiyini etiraf edib.
Bildirib ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.
Hadisəni törədən S.Əliyev sonra evdəki sobanı təpiklə vurub aşırıb, nəticədə yanğın baş verib və ev tam yanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb