Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlamaAzərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakirə mövzularındandır.
Bəs ölkədə bəzi kəndlərin adlarının dəyişdirilməsi zərurəti yarana bilərmi və bu zaman hansı meyarlar əsas götürülməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, yaşayış məntəqələrinin adlarının əsassız şəkildə dəyişdirilməsi düzgün yanaşma deyil. Onun sözlərinə görə, hər bir ad özündə tarixi yaddaşı və müəyyən dövrün izlərini daşıyır.
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama"Adın müasir dövrdə xoş səslənməməsi və ya kiminsə istəyinə uyğun gəlməməsi onun dəyişdirilməsi üçün əsas sayıla bilməz. Bununla belə, zərurət yarandıqda və dəyişiklik əsaslandırıldıqda, müvafiq addımların atılması mümkündür".
Akif Nağının fikrincə, xüsusilə tarixi reallığı əks etdirməyən, təhrif olunmuş və ya müəyyən dövrlərdə xarici təsirlər nəticəsində meydana gələn yer adlarının dəyişdirilməsi məsələsinə baxıla bilər.
"Bəzi adlar müəyyən dövrlərdə köçürmə siyasəti və xarici təsirlər nəticəsində yaranıb. Həmçinin təhrif olunmuş adlar da var. Hesab edirəm ki, onların dəyişdirilməsinə ehtiyac ola bilər. Ancaq bu proses sistemli və düşünülmüş şəkildə həyata keçirilməlidir", – deyə o, vurğulayıb.
Akif Nağı hesab edir ki, adların dəyişdirilməsi zamanı tarixi mənbələrdə əvvəlki toponimlərin qorunması da vacibdir. Onun sözlərinə görə, köhnə adların arxivlərdə və müvafiq mənbələrdə qeyd olunması gələcək tədqiqatlar üçün əhəmiyyət daşıyır. Əks halda, müəyyən yaşayış məntəqəsinin əvvəlki adını müəyyənləşdirmək istəyən tədqiqatçılar çətinliklərlə üzləşə bilərlər. Onun fikrincə, kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməzdən əvvəl sakinlərin rəyi öyrənilməli, mümkün olduqda sorğu keçirilməlidir. Yeni adın seçilməsi zamanı da həmin yaşayış məntəqəsinin sakinlərinin fikirləri nəzərə alınmalıdır.
Akif Nağının qənaətinə görə, tarixi irsin qorunması, dəyişikliklərin əsaslandırılması və yerli əhalinin istəyinin nəzərə alınması şərtilə həyata keçirilən ad dəyişiklikləri faydalı ola bilər.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 29 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların yaxın vaxtlarda keçiriləcəyini gözlədiyini bildirib. xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Köçəryan Trampa qarşı: Nə baş verir?

Ermənistan parlamentindəki müxalifətçi "Ermənistan" blokunun fraksiyası ABŞ-la TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına qarşı səs verəcək. KONKRET.azxəbər verir ki, b

Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən kənarlaşdırılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, qərar Saralın Azərbaycanla bağlı sərt açıqlamalarından sonra verilib. Sara

"Heqset belə düşünməkdə yanılır" - Zelenskidən vacib etiraf

Prezident Volodimir Zelenski bildirib ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü məsələsinin həll olunduğunu düşünməkdə yanılır. xəbər verir ki, Zelenski ABŞ tərəfində

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Məkkə və Bədr sazişlərinin ölkənin beynəlxalq təhlükəsizlik arxitekturasında fəal rol nümayiş etdirdiyini bildirib, Azərbaycan və digər dost ölkələrlə əməkdaşlığın regional təhlükəsizliy

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədlə görüşüb. Bu barədə -a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb. xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun butun xeberler futbol xeberleri xeber saytlari