Astarada kanalizasiya problemi: Vətəndaşlar çölə çıxmaqda çətinlik çəkirlər - VİDEO
Cənub bölgəsində 10 gün bundan əvvəl yağan intensiv yağışların fəsadları Astara rayonunda hələ də qalmaqdadır.
Rayonun Şahağacı kəndinin "Yeni məhəlləsində", sakinlərin həyətyanı sahələrinə, küçələrə yığılıb qalan qrunt suları bir sıra problemlər yaradıb. Kənddə şagirdlər dərsə getmək üçün iki ayaqqabıdan istifadə edirlər.
Ərazidə mövcud kanalizasiya sisteminin olmaması problemin başlıca səbəblərindən biridir. Sakinləri narahat edən məsələlərdən biri də su ötürücü arxların da tutulmasıdır. Sakinlərin deyir ki, aidiyyəti qurumlar ara yollara su ötürücü borular çəksələr, ərazidə bu vəziyyət yaranmaz.
Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayılov bildirib ki, problemdən xəbərdardırlar. Bir neçə dəfə həmin ərazidə olub, problemin həlli yolları araşdırılıb. Artıq su ötürücü borular alınıb. Hava şəraiti uyğun olarsa işlərə başlanılacaq.
Qeyd edək ki, Astara rayonunun Şahağacı kəndindəki mövcud problem uzun müddətdir ki, yaranıb. Bir neçə dəfə kənd sakinlərinin şəxsi hesabları ilə məhəllədə işlər görülüb. Bu kənddə kanalizasiya sisteminin yenidən qurulmasına ehtiyac var.
Daha ətraflı BAKU.TV-nin süjetində:
/ azxeber.com
f PaylaşTurlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var