Astarada qatar 34 yaşlı piyadanı vurdu - YENİLƏNİB+1
Astarada qatarın vurduğu piyadanın son vəziyyəti ilə bağlı Lənkəran rayon Mərkəzi Xəstəxanası açıqlama verib.
KONKRET.azxəbər verir ki, Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev Apa-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 07.12.2024-cü il tarixində saat 03:25 radələrində Astara rayonu Böyük Şahağacı kəndində baş vermiş hadisə nəticəsində 1 nəfər (kişi cınsli) sağ ayağın topuq nahiyəsinin amputasiyası, sol ayaq barmaqlarının travmatik amputasiyası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq dərhal cərrahi əməliyyata alınıb, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilir.
***
Astarada qatarın vurduğu piyada əməliyyatdan çıxıb və reanimasiya şöbəsinə yerləşdirilib.
KONKRET.azxəbər verir ki, əməliyyat zamanı 34 yaşlı M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.
Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
***
Astarada qatar piyadanı vurub.
KONKRET.azxəbər verir ki, hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.
Astara rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub.
Əsasən ayaqlarından ağır travma alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.//Apa
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu