Atırauda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Mayın 4-də Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğu "Azərbaycan Mərkəzi" İctimai Fondu ilə birlikdə Atırau vilayətinin "Novruz" Azərbaycan etnik-mədəni birliyinin müəllim və tələbələrinin iştirakı ilə, Xalel Dosmuhammedov adına Atırau Universitetində Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans və rəsmi qəbul keçirilib.
Bu barədə AZƏRTAC-a baş konsulluqdan məlumat verilib.
Bildirilib ki, konfrans çərçivəsində tələbələr arasında dahi siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsi keçirilib.
Konfransı giriş sözü ilə açan Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu Elçin Məmmədov Ulu Öndərin Azərbaycan-Qazaxıstan münasibətlərinə verdiyi töhfələrdən, onun dost və qardaş qazax xalqına xüsusi sevgisindən danışıb.
Atırau Universitetinin rektoru Salamat İdrisov çıxış edərək Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyini qeyd edib, bu irsin öyrənilməsinin aspektlərindən danışıb, elmi-praktik konfransa işlərində uğurlar arzulayıb. Sonra o, inşa müsabiqəsinin nəticələrini açıqlayıb.
"Azərbaycan Mərkəzi" İctimai Fondunun rəhbəri İlkin Orucov, "Novruz" etnik-mədəni birliyinin sədri Eldar Məmmədov məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətindən danışıblar.
Daha sonra Atırau Universitetinin qalib tələbələrinə Azərbaycanın Ümummilli Lideri və dövlət xadimi Heydər Əliyevin adını daşıyan mükafatlar təqdim olunub.
Baş konsul yaradılan şəraitə və Ulu Öndərin irsinə verilən diqqətə görə Atırau vilayətinin Akimi Serik Şapkenə, Atırau şəhərinin Akimi Kalaui Meyrimə və Atırau Universitetinin rektoru Salamat İdrisova xüsusi təşəkkür edib.



/ azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi
Millimiz Moldova yığmasına uduzdu