Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?
Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib.
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzamanı ilkin müsabiqədən sonra bir sıra müəllimlik ixtisasları üzrə plan yerlərinin boş qalması bu sahəyə marağın vəziyyəti ilə bağlı suallar yaradıb.
Belə ki, ilkin müsabiqədən sonra kimya müəllimliyi üzrə 76,biologiya müəllimliyi üzrə 57, kimya və biologiya müəllimliyi üzrə 57, fizikamüəllimliyi üzrə 31, riyaziyyat müəllimliyi üzrə 32, coğrafiya müəllimliyi üzrə10, tarix və coğrafiya müəllimliyi üzrə isə 3 yer boş qalıb.
Maraqlıdır, müəllimlik ixtisaslarında plan yerlərinin boşqalmasının əsas səbəbləri nələrdir? Bu tendensiya gələcəkdə Azərbaycandaayrı-ayrı fənlər üzrə müəllim çatışmazlığına səbəb ola bilərmi?
Mövzu ilə bağlı azxeber.com-a danışan təhsil eksperti MəzahirMəmmədli bildirib ki, boş qalan plan yerləri gələcəkdə müəllim çatışmazlığına səbəbolacaq ciddi problem kimi qiymətləndirilə bilməz:
"Bu ilki ali təhsil müəssisələrinə qəbuldan sonra boş qalanmüəllim yerləri, əlbəttə, sosial şəbəkələr üzərində geniş müzakirə olundu. Məndüşünmürəm ki, bu boş qalan yerlər gələcəkdə müəllimlər üçün problem yarada bilər.Çünki bilirsiniz ki, artıq hər il müəllimlərin işə qəbul imtahanına 50-60 minarası sənəd verən var. Amma vakansiyalar hardasa 10 dəfə ondan azdır, 4-5 min vəyaxud da hardasa bir qədər az yer təklif olunur. Burada da növbəti illərdə məzunolanlar yenidən həmin yerlərə gedirlər".
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda müəllimçatışmazlığı ilə bağlı ciddi problem müşahidə olunmur:
"Bir sözlə, Azərbaycanda müəllim qıtlığı yarada biləcək hələki hər hansı bir problem yoxdur. Sadəcə olaraq, növbəti illər üçün düşünürəmki, Dövlət İmtahan Mərkəzi müəllim ixtisasları ilə bağlı pedaqoji kadrlarhazırlayan ixtisasları bir qədər əmək bazarına uyğunlaşdırmalıdır".
M.Məmmədli qeyd edib ki, pedaqoji kadr hazırlığı əməkbazarının tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir:
"Təbii ki, plan yerləri Nazirlər Kabineti tərəfindən müəyyənolunur. Amma hər halda Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi bunubirgə hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir ki, pedaqoji kadrlarhazırlayan ixtisaslar üzrə məzun olanların əmək bazarında böyük işsizlik ordusuyaradır. Ona görə də bu məsələ ilə bağlı indidən müəyyən addımlar atılsa, bazartələb-təklif məsələsini özü nizamlaya bilər".
Fəridə Əsədzadə

Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü