"Atletiko" və PSJ 1/4 finalda - VİDEO
Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.
Publika.az xəbər verir ki, bu gün daha iki matç keçirilib. Turnirin son qalibi "Liverpul" doğma meydanda "Atletiko" ilə qarşılaşıb. Bu komandalar arasında ilk oyunda Madrid klubu minimal hesabla qalib gəlmişdi. Enfilddəki görüş isə bol qollu olub. Əsas vaxtı "Liverpul" 1:0 üstünüyü ilə bitən matçın əlavə vaxtında daha 4 qol vurulub. Qonaqlar 3:2 hesablı qələbə ilə 1/4 finala yüksəlib.
Digər görüşdə isə Dortmund "Borussiya"sı PSJ-nin qonağı olub. İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan Paris təmsilçisi 2:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.
11 mart
00:00. PSJ (Fransa) – "Borussiya" (Dortmund, Almaniya) - 2:0
Qollar: Neymar, 28, Bernat, 45+1
Qırmızı vərəqə: Əmrə Can, 89 ("Borussiya")
İlk oyun – 1:2
Baş hakim: Entoni Taylor (İngiltərə)
Paris. "Park de Prens"
00:00. "Liverpul" (İngiltərə) – "Atletiko" (İspaniya) - 2:3
Qollar: Veynaldum, 43 (1:0), Firmino, 94 (2:0), Llorente, 97 (2:1), 105+1 (2:2), Morato, 120+1 (2:3)
İlk oyun – 0:1
Baş hakim: Danni Makkeli (Niderland)
Liverpul. "Enfild Roud"
10 mart
00:00. "Valensiya" (İspaniya) – "Atalanta" (İtaliya) - 3:4
00:00. "Leyptsiq" (Almaniya) – "Tottenhem" (İngiltərə) - 3:0 / Qol.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır