Avropa çempionatı: Azərbaycanın daha iki boksçusu qələbə qazandı
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa birinciliyində Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanıb.
KONKRET.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən Amin Məmmədzadə 1/8 final mərhələsində irlandiyalı Patrik Makkenna ilə üz-üzə gəlib. Görüş Məmmədzadə üçün üçün uğurlu alınıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək mərhələ adlayıb.
Boksçu 1/4 finalda ermənistanlı Aren Aslamazyanla döyüşəcək. Görüş aprelin 19-da olacaq.
80 kq-dakı Sərxan Budaqov ukraynalı Vladislav Dudarla qarşılaşıb. Gərgin keçən döyüşdə Azərbaycan təmsilçisi rəqibini məğlub edib. Qələbə sayəsində 1/4 finala vəsiqə qazanan Budaqov aprelin 19-da türkiyəli Muhammed Doğru ilə döyüşəcək.
Qeyd edək ki, komandanın heyətində Daniel Xolostenko (71 kq) 1/8 finalda Levent Qemeslə (Macarıstan), Kənan Babayev (48 kq) 1/4 finalda Oruc Əhmədovla (Gürcüstan), Fətəli İsmayılov (86 kq) isə Oğuzxan Türklə (Türkiyə) üz-üzə gələcək.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu