Avropa İttifaqının 'müşahidəçiləri'nin Azərbaycan sərhədində nə işi var? - 'Növbəti təxribatın hazırlıqlarını həyata keçirirlər

Avropa İttifaqının 'müşahidəçiləri'nin Azərbaycan sərhədində nə işi var? - 'Növbəti təxribatın hazırlıqlarını həyata keçirirlər"Təəssüflər olsun ki, sülhdən dəm vuran və bunun tərəfdarı kimi çıxış edən Ermənistan öz havadarlarından dəstək ilə Ermənistan ordusunun silahlandırılmasını davam etdirir və 44 günlük Vətən Müharibəsindən sonra şərti Ermənistan-Azərbaycan sərhədlərində müşahidə missiyasını həyata keçirmək üçün Avropa İttifaqından bir qrup keçmiş hərbçilərin gətirilməsinə nail olmuşdular və sonradan onların mandatına uyğun fəaliyyətləri əslində başa çatsa da, onlar Azərbaycanla razılaşdırmadan Avropa İttifaqı müşahidə missiyasının fəaliyyət müddətini bir tərəflə olaraq uzatdılar və Azərbaycan təbii ki, bu fəaliyyəti ümumiyyətlə dəstəkləməyib, bu fəaliyyətə razılıq verməyib və əgər əvvəllər onlar müşahidə missiyasını yalnız Avropa İttifaqı müşahidə missiyası sülhməramlılar bayrağı altında həyata keçirirdilərsə, hazırda artıq qorxmadan, çəkinmədən, hətta lazım gələndə Fransa bayrağı altında da burada görünə bilirlər və açıq şəkildə erməni hərbçilərlə birlikdə bu müşahidəni reallaşdırırlar".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistan ərazisindəki Avropa İttifaqının "müşahidəçiləri"nin yenidən Azərbaycanla şərti sərhədə gəlməsinə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, özlərini dırnaqarası müşahidəçi kimi qələmə verən bu şəxslər heç bir əsas olmadan Azərbaycanla şərti sərhədə gələrək burada müşahidələrini qeydə alırlar:
"Bununla yanaşı, onlar heç bir əsas olmadan burada müşahidələrini qeydə alır və aydın məsələdir ki, növbəti təxribatın hazırlıqlarını həyata keçirirlər. Son dövrlərdə Ermənistan Silahlı Qüvvələrinin aktiv silahlandırılması və eyni zamanda Avropa İttifaqı müşahidə missiyasının da aktiv şəkildə şərti sərhəd ərazilərində müşahidələr aparması onu deməyə imkan verir ki, Ermənistan növbəti təxribatlara hazırlaşır. Eyni anda da bilirsiniz ki, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əsasnamə hər iki dövlət tərəfindən rəsmən təsdiqlənib. Onlar bu delimitasiya, demarkasiya məsələləri ilə bağlı da Avropa İttifaqından gəlmiş, keçmiş hərbçilərin iştirak etdikləri bu müşahidə missiyasından da müəyyən təlimatlar və məsləhətlər alırlar.
Bu da istər-istəməz bir daha qeyd edirəm, həmin müşahidə missiyasının mandatına uyğun deyil. Onlar faktiki olaraq yalnız müşahidə ilə işlərini yekunlaşdırmalı idilər, ancaq təəssüflər olsun ki, indi bir daha biz əmin oluruq ki, onlar Ermənistan ordusunun yenidən qurulmasına, formalaşdırılmasına, eyni zamanda da Ermənistanın növbəti təxribatlarına, hazırlıq prosesinə dəstək verirlər. Həmçinin ehtimal olunur ki, delimitasiya, demarkasiya məsələlərində də onlar birbaşa olaraq Ermənistanla birlikdə addımlayırlar və Ermənistana lazımi təlimatlar verirlər və Ermənistan da onların təlimatları və məsləhətləri əsasında öz fəaliyyətlərini təşkil edir".
Millət vəkili qeyd edib ki, Azərbaycan ilk gündə olduğu kimi, bu gün də açıq şəkildə sülhün tərəfdarı qismində çıxış edir, lakin görünür ki, Ermənistan sülhə məqbul baxmır:
"İstənilən halda Azərbaycan tərəfi bütün bu prosesləri izləyir. Əgər biz baş vermiş hadisələr nəticəsində Azərbaycana qarşı hansısa bir ciddi təhdid və təhlükələr doğrulacağını və yaradılacağını hiss etsək, mən inanıram ki, biz onların qarşısını mütləq alacayıq. Azərbaycan ilk gündə olduğu kimi, bu gün də açıq şəkildə sülhün tərəfdarı qismində çıxış edir və biz dünya ictimaiyyətini Ermənistanı silahlandıran dövlətlərə qarşı çıxmağa və Ermənistanın aktiv silahlandırılmasının dayandırılmasına çağırırıq və Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasının yeganə yolu Ermənistanın silahlandırılmadan Azərbaycan reallıqlarını qəbul etməsi və sülh sənədlərinin imzalanmasıdır və Azərbaycana qarşı ərazi iddialarından əl çəkilməsi, o cümlədən götürdükləri öhdəliklərin yerinə yetirilməsidir. Mən inanıram ki, tezliklə bunlar gerçəkləşəcəkdir və Ermənistan haqq yoluna gələcəkdir".
Məlumat üçün qeyd edək ki, ötən gün məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədin Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə Avropa İttifaqına məxsus 2 ədəd "Toyota" markalı minik avtomobili və Ermənistana məxsus 1 ədəd "Niva", 1 ədəd "UAZ Patriot" markalı minik avtomobilləri gəlib.
Avtomobillərdən 6 nəfər Aİ "müşahidəçisi" və bir nəfər erməni hərbi qulluqçu düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın izləyiblər. Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar.
Saat 13 radələrində isə Zəngilan rayonu ilə sərhəddə 2 ədəd Avropa İttifaqına məxsus "Toyota" markalı avtomobil və 1 ədəd "UAZ Hunter" markalı avtomobil peyda olub. Qeyd olunan avtomobillərdən ümumilikdə 5 nəfər Avropa İttifaqı "müşahidəçisi" və 1 nəfər erməni hərbi qulluqçu enib, gündüz görmə cihazı vasitəsilə Azərbaycan ərazilərini müşahidə ediblər.
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 31 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


yeni xeberler son xeberler azerbaycan xeberleri sou biznes bugünki xəbərlər valyuta