Avropada qiymət artımı REKORD HƏDDƏ
Avropada inflyasiya rekordlar qırmaqda davam edir.
KONKRET.az xəbər verir ki, sentyabrda əmtəə və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin artım tempi növbəti dəfə yeni rekordlar vurub, Avrozonada demək olar ki, 10%, Avropa İttifaqında isə orta hesabla demək olar ki, 11% təşkil edib.
Rəqəmlərə görə, Avropa artıq tənəzzül içindədir. Fransada yüksək inflyasiya ilə əlaqədar artıq kütləvi tətillər keçirilir. Belə ki, ölkədə qiymətlər 6,4% artıb. Ən yüksək göstəricilər Baltikyanı ölkələrdədir, illik ifadədə 22%-dən 24%-ə qədərdir.
Aşağıdakı rəqəmlərdən bunu aydın görmək olur:
Estoniya – 24,1%
Litva – 22,5%
Latviya – 22,0%
Macarıstan – 20,7%
Çexiya – 17,8%
Hollandiya – 17,1%
Polşa -15,7%
Bolqarıstan -15,6%
Slovakiya-13,6%
Rumıniya – 13,4%
Yunanıstan -12,1%
Belçika – 12,1%
Danimarka – 11,1%
Almaniya – 10,9%
İnflyasiyanın başlıca səbəbi enerji qiymətlərinin yüksəlməsidir. Nəticədə mal və xidmətlərin qiyməti də artır.
Avropada inflyasiya "Eurocentrobank"ın hədəflərindən 5 dəfə sürətlə artır. Analitiklər əmindirlər ki, oktyabrın sonunda tənzimləyici bütün əsas dərəcələrdə yeni artım elan edəcək.
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var