Avropadan Tramp-Putin dialoquna SƏRT TƏPKİ - Bəyanat yaydılar
"Ukrayna və Avropa müharibənin başa çatması ilə bağlı istənilən danışıqlarda iştirak etməlidir".
KONKRET.az xəbər verir ki, bu sətirlər Almaniya, Fransa, Polşa, Böyük Britaniya, İspaniya və İtaliyanın xarici işlər nazirləri, həmçinin Aİ Xarici Siyasət Xidməti və Avropa Komissiyasının imzaladığı birgə bəyanatda yer alıb.
Bəyanatda deyilir:
"Ukraynada ədalətli və davamlı sülh zəruri şərtidir. Biz Rusiyanın təcavüzkar müharibəsi qarşısında Ukraynaya dəstəyimizi gücləndirməyə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə hazırıq. Biz ədalətli, hərtərəfli və davamlı sülhə nail olana qədər Ukraynanı dəstəkləmək məqsədini qarşıya qoyuruq", – bəyanatda vurğulanıb.
Xatırladaq ki, fevralın 12-də Putinlə Tramp arasında telefon danışığı olub. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, tərəflər şəxsi görüş keçirmək barədə razılığa gəliblər. Kreml nümayəndəsinin sözlərinə görə, Putin ABŞ prezidentini Moskvaya dəvət edib. Mümkün görüşdən danışan Tramp bunun yaxın gələcəkdə baş tutacağını qeyd edib.
Vəli Həsənoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək