"Avroviziya-2024"də Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçiminə başlanılır
"Avroviziya-2024"də Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçiminə başlanılır
"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.
Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.
Seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 30-na qədər elektron ünvanına göndərə bilərlər.
Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:
- göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;
- iştirakçının qısa tərcümeyi-halı, fotosu və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;
- Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı üç dəqiqədən çox olmamalıdır;
- mahnı 2023-cü il sentyabrın birinədək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin, musiqi platformalarında yerləşdirilməməlidir.
Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.
Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, "Avroviziya-2024" mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində baş tutacaq. / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var