Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq

Politoloq: Rusiya xarici işlər naziri Sergey Lavrov "3+3" regional əməkdaşlıq formatının növbəti görüşünün Azərbaycanda keçirilməsini təklif edib. Lakin iştirakçı ölkələr arasında mövcud siyasi ziddiyyətlər və fikir ayrılıqları bu platformanın effektivliyini sual altına qoyur.
Bəs altı ildir real nəticə verməyən "3+3" formatı bundan sonra regionda əməkdaşlığın inkişafına töhfə verə biləcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan, Gürcüstan və Ermənistanı, eləcə də Rusiya, Türkiyə və İranı bir araya gətirən platforma indiyədək özünü doğrultmayıb.
Politoloq: Onun sözlərinə görə, Gürcüstanın formata münasibətdə mövqeyi, həmçinin İranla bağlı mövcud fikir ayrılıqları əməkdaşlıq prosesinə mane olur.
"3+3" formatı ilkin mərhələdə uğurlu platforma kimi nəzərdə tutulsa da, hazırda onun real praktik nəticələr verəcəyini düşünmürəm. Rusiya bu format vasitəsilə region ölkələri ilə iqtisadi və siyasi əlaqələrini inkişaf etdirməyə, eyni zamanda, regional proseslərdə moderator rolunu gücləndirməyə çalışır", – politoloq qeyd edib.
M.Əsədullazadə vurğulayıb ki, Azərbaycan regional məsələlərdə daha çox ikitərəfli əməkdaşlıq formatlarına üstünlük verir. Onun fikrincə, Bakı həm İran, həm də Rusiya ilə münasibətlərini ayrı-ayrılıqda inkişaf etdirir və bu istiqamətdə müəyyən əməkdaşlıq imkanları mövcuddur.
Politoloq Türkiyənin də regional siyasətinin digər iştirakçı ölkələrin yanaşmaları ilə hər zaman uzlaşmadığını bildirib. O, Gürcüstan-Rusiya münasibətlərindəki gərginliyin də platformanın fəaliyyətinə təsir göstərdiyini diqqətə çatdırıb.
"Üzv ölkələr arasında ciddi praktiki problemlər var. Əgər "3+3" formatı altı ildir hər hansı nəticə vermirsə, bundan sonra da real effekti olacağını düşünmürəm. Bu platforma artıq özünü doğrultmur", – M.Əsədullazadə fikrini yekunlaşdırıb.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 18 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Paşinyanın sülhlə bağlı son mesajlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr genişlənib

İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib.   AZƏRTAC-

Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib

Nazirlər Kabineti 14 mart 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasınd

Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq

Rusiya xarici işlər naziri Sergey Lavrov "3+3" regional əməkdaşlıq formatının növbəti görüşünün Azərbaycanda keçirilməsini təklif edib. Lakin iştirakçı ölkələr arasında mövcud siyasi ziddiyyətlər və fikir ayrılıqlar

Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması məsələsinə yenidən toxunaraq, iki ölkə arasında sülhün hansı şərtlər əsasında qurulmalı olduğunu açıqlayıb. O bildirib ki, Azərbaycanla sülh sazişini

Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolini qəbu

Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib

Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyinin "Minasız dünya" beynəlxalq kampaniyasının 2026-cı il oktyabrın 15-də növbəti dayanacağı Avstriyanın Salzburq şəhəri olub. xəbər verir ki, sərgi Avstriyadak

Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri

 Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. İlin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmləni


yeni xeberler azerbaycan xeberleri son xeberler ən son xeberler xeberler az son xeber az son xeber.az