Avstriya parlamentində Federal Kanslerə qarşı etimadsızlıq məsələsinə baxılacaq

Avstriya parlamentində Federal Kanslerə qarşı etimadsızlıq məsələsinə baxılacaqAvstriyanın Federal Kansleri Sebastian Kurts və onun yaxın ətrafına qarşı qaldırılan korrupsiya ittihamları ilə əlaqədar oktyabrın 12-də Avstriya Milli Şurasının (parlament) xüsusi iclası keçiriləcək.
Publika.az xəbər verir ki, iclasda müxalifət partiyaları kanslerə qarşı etimadsızlıq votumu üçün məsələ qaldırmağa hazırlaşırlar. Əgər parlamentdə təmsil olunan deputatların əksəriyyəti müraciəti dəstəkləsələr, o zaman ölkənin siyasi arenasında domino effekti yarana bilər. Federal Kanslerin sədri olduğu Avstriya Xalq Partiyasından (ÖVP) bildirilib ki, bu partiyadan olan bütün hökumət nümayəndələri S. Kurtsun fəaliyyətini dəstəkləyir və ona etimadsızlıq göstəriləcəyi şəkildə bütün ÖVP üzvləri həmrəy şəkildə hökuməti tərk edəcəklər. Belə olacağı halda dövlət başçısı Aleksander Van der Bellen hökumətin işlək fəaliyyətini təmin etmək üçün dərhal müvəqqəti hökumət təyin etməlidir. Növbəti mərhələdə həmin hökumətin parlament tərəfindən dəstəklənərək fəaliyyətini davam etdirməsi və ya yeni seçkilərə gedilməsi məsələsi gündəmə gələcəkdir.
Müxalifət partiyaları Sebastian Kurtsu fəaliyyət qabiliyyətində olmamaqda ittiham edərək onu istefaya çağırıblar. ÖVP ilə koalisiyalı hökumətdə təmsil olunan Yaşıllar Partiyasının sədri və vitse-kansler Verner Koqler hökumətin fəaliyyət qabiliyyətində olduğunu, lakin bu fikri Federal Kanslerə şamil edə bilməyəcəyini bildirib. Gedişat yaşılların mühafizəkarla koalisiyanı davam etdirməkdə maraqlı olduğunu, lakin hökumətin başında S. Kurtsun əvəzlənməsini istədiklərini göstərir.
Dövlət başçısı Aleksander Van der Bellen ölkə əhalisinə müraciətində hazırda Avstriyada hökumət böhranı olduğunu, lakin bu vəziyyətin dövlət böhranı kimi qiymətləndirilməməli olduğunu ifadə edib. O bildirib ki, ölkə konstitusiyasının ona verdiyi bütün səlahiyyətlərdən istifadə edərək, işlək hökumətin fəaliyyətinin təmin olunmasına çalışacaqdır.
S. Kurts isə ona qarşı ittihamları rədd edib və günahsızlıq prizumpsiyasına söykənərək, hüquqi müstəvidə gedən proses və araşdırmaların yekunlaşmalı olduğunu bildirib. O, istefa verməyəcəyini və hökumətin fəaliyyətini hazırkı tərkibdə davam etdirmək niyyətində olduğunu söyləyib.
Qarşıdakı günlər Avstriyada hökumət böhranının necə nəticələnəcəyinə aydınlıq gətirməlidir.

Dünya       Tarix: 13 oktyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeber axsam.az xeberler metbuat xeberler bu qun