Avtobusda sərnişinin kartından bir bilet üçün 29 dəfə pul tutulub - FOTOFAKT
Avtobusda "Birbank" tətbiqi vasitəsilə bilet alan sərnişinin kartından ardıcıl olaraq 29 dəfə vəsait çıxılıb.
KONKRET.azxəbər verir ki, bu barədə tanınmış jurnalist Vüsal Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, əgər hesabdakı məbləğ bitməsəydi, kartdan hətta daha çox pul çıxılacaqdı.
Jurnalistin sözlərinə görə, sərnişin məsələ ilə bağlı "Kapital Bank"a müraciət edib. Bankdan ona "BakuBus"a müraciət etməsi tövsiyə olunub. "BakuBus" isə məsuliyyət daşımadıqlarını bildirərək "141" qaynar xəttinə yönləndirib. "141" xidmətindən isə sərnişinə *4343 nömrəsinə zəng etməsi məsləhət görülüb.
Sərnişin əlavə olaraq bu zəng üçün 1 manat 20 qəpik xərcləyib. Lakin ona "həftəsonudur, bazar ertəsi əlaqə saxlayın" cavabı verilib.
Vüsal Məmmədov məsələ ilə bağlı aidiyyəti qurumların laqeyd münasibətini tənqid edib:
"Əvvəla, işinizi düzgün qurun! İkincisi, vətəndaşın şikayətinə düz-əməlli cavab verin, ötür-ötür oyunu oynamayın! Sizin yarıtmaz işinizə görə insanın həm vaxtı getməlidir, həm pulu, həm də əsəbləri?!".
Jurnalist vətənfaşlara imkan daxilində nəqliyyat kartlarından istifadə etməyi tövsiyə edib.
Fotoları təqdim edirik:

KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA