Avtomobil ağaca çırpıldı: sürücü xəsarət aldı
Oğuzda sərnişin daşıyan avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisində keçən hissəsində baş verib.
Hələ ki şəxsiyyəti müəyyənləşməyən Oğuz rayon sakini idarəetməni itirib. O, idarə etdiyi "Ford" markalı avtomobili hərəkətdə olan traktorun qoşqusuna vurub.
Qəzadan sonra avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.


İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır