Avtomobil almaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ! - mayın 15-dən sonra

Avtomobil almaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ! - mayın 15-dən sonra"Yaşı 10 ildən çox olan maşınların ölkəyə idxalına məhdudiyyətlərin qoyulmasından sonra avtomobil bazarında aktivlik artıb. Həmin qərara qədər yararsız avtomobillərin sayı günü-gündən artırdı. Ölkəyə ardı kəsilmədən metallom daxil olurdu. Düşünürəm ki, elə maşınlar ölkəyə daxil olmamalıdır. Bu qərardan sonra avtomobil parkı bir növ özünü təbii yolla yeniləyəcək".
azxeber.com xəbər verir ki, bu fikirləri musavat.com-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Ekspert vurğulayıb ki, Azərbaycanın avtomobil bazarının özünəməxsus xüsusiyyətləri var:
"Əsasən mövsümi dövrlərdə bazar aktivləşir. Bu da payızın, yayın əvvəli olur. Adətən aktivlik mayın 15-dən sonra olur. Biz hazırda da bazarda aktivlik görürük. Bunu avtomobil alqı-satqısı ilə məşğul olan sahibkarların, həmçinin fərdi qaydada şəxslərin öz maşınlarını daha yüksək qiymətə sata biləcəklərini düşünmələri ilə əlaqələndirmək olar. Lakin bu, müvəqqəti xarakter daşıyır. Çünki bazar aktivdir və bir neçə nəfərin istəyi ilə qiymətlərin kəskin qalxması və yaxud enməsi mümkün deyil. Avtomobil bazarı özü qiymətləri tənzimləyir. Mayın 15-dən sonra köhnə avtomobillərin qiyməti 3-5% arta bilər.
Ötən həftə ərzində dünyanın iri avtomobil istehsalçıları anons verdilər ki, maşınların qiyməti 3% civarında yüksəlir. İstehsalçılar bunu ehtiyat hissələrinin qiymətinin bahalaşması, daşınma xidmətlərinin qiymətinin yüksəlməsi və müəyyən cihazların defisiti ilə əlaqələndirirlər. Avtomobil sənayeçiləri hazırda yarımkeçiricilərin defisitini yaşayırlar. Bununla bağlı qiymət yüksəlişi var. Bu, Azərbaycan iqtisadiyyatı ilə bağlı deyil".
Ekspert qeyd edib ki, həm yeni, həm də köhnə avtomobillərin qiymətinin 3% civarında yüksəlməsi qiymətin daha da yüksəlməsinə təkan verə bilər:
"Çünki burada balans yaranmır. Belə olan halda ikinci əl avtomobil bazarında qiymətin bir qədər də yüksələ biləcəyini deyə bilərik. Avtomobil almaq istəyənlərə tövsiyəmiz ondan ibarətdir ki, imkan varsa, yeni maşın alsınlar. Elə avtomobil almaq lazımdır ki, onun markasının Azərbaycanda rəsmi servisi olsun, təmir problemi çıxanda dilerə müraciət edə bilsinlər.
Avtomobil artıq əvvəlki qədər dəbdəbə deyil, bir nəqliyyat vasitəsi kimi qəbul olunur. Sevindirici haldır ki, vətəndaşlar ekoloji təmiz nəqliyyat vasitələrinə də üstünlük verirlər. Hibrid avtomobillər bu gün Azərbaycanda çox populyardır. Elektromobillər də getdikcə populyarlaşır. Bakıda da elektrobuslar fəaliyyətə başlayacaq. Bu da bir növ Azərbaycanda avtomobil seqmentinin elektrikləşdirilməsinə təkan verəcək. Biz görürük ki, sahibkarlar elektrikdoldurma məntəqələrinin Azərbaycan üzrə quraşdırılmasında maraqlıdırlar. Əgər ötən ilin sonuna qədər 40-a yaxın elektrikdoldurma məntəqəsi var idisə, bu il bu rəqəm 100-ə yaxın olacaq".

Sosial       Tarix: 25 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi

Manat dollar qarşısında bahalaşa bilər – Sürpriz versiya

Avronun məzənnəsi 1,8681 manata qədər ucuzlaşıb. Bəs dollarla bağlı vəziyyət hansı yerdədir? İran-ABŞ münaqişəsi uzun müddət davam etsə, Hörmüz boğazı tam bağlansa, yekunda bu, neftə və manata necə təsir edə bilər? Mana

Tural Əlizadəyə vəzifə verildi

1 saylı Bakı DOST Mərkəzinə yeni direktor təyin edilib. -a istinadən xəbər verir ki, bu vəzifənin icrası Tural Əlizadəyə tapşırılıb. O, bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) insan resurslarını

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Bu şəxslər 10 dəfə az ödəniş edəcək – Tək bir şərt var

2027-ci ildən kənd təsərrüfatı ilə məşğul olan fermerlər və sahibkarlar üçün yeni vergi güzəştləri tətbiq ediləcək, bir sıra mövcud azadolmaların müddəti uzadılacaq. yenisabah-a istinadən xəbər verir ki, Vergi Məcəlləsin

Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır

Azərbaycanda qızıl və mis hasil edən "Anglo Asian Mining" şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətin

Qızıl alanların DİQQƏTİNƏ: İlin sonunadək qiymətlər necə dəyişəcək?

Son dövrlər dünya bazarında qızılın qiymətində müşahidə olunan kəskin ucuzlaşma investorlar və qiymətli metala yatırım edən vətəndaşlar arasında suallar yaradıb. Uzun müddət bahalaşma tendensiyası nümayiş etdirən qızılı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntüleri maraqlı xəbərlər son xeber.az cəbhədən son məlumatlar