Avtomobili ilə motosikletə çırpılan Sərdar Cəlaloğlu DANIŞDI: "Hara istəyirsə müraciət etsin"

Avtomobili ilə motosikletə çırpılan Sərdar Cəlaloğlu DANIŞDI: Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu avtoqəza törədib.
KONKRET.az xəbər verir ki, hadisə martın 15-də, səhər saatlarında Rəşid Behbudov küçəsində baş verib. İddia olunur ki, partiya sədri mopedi vurub.
Bu barədə mopedin sürücüsü Hüseyn Tanrıverdiyev Musavat.com-a məlumat verib.
Onun sözlərinə görə, S.Cəlaloğlu ona 50 manat pul verərək hadisə yerindən sürətlə uzaqlaşıb:
 "Rəşid Behbudov küçəsindən üzü "28 May" tərəfə qalxırdım. Orada işıqfor yandı. Mən 3-cü xətdən 2-ci xəttə keçdim. O da birinci xətdən gəlirdi. Mən sola döndüyüm məqamda o, məni vurdu. Sürətlə səki daşlarına dəydim, yıxıldım yerə. Ondan sonra insanlar ətrafıma yığışdı. Sərdar müəllim avtomobilini qabaqda saxlayıb yanıma gəldi, sadəcə "yaxşısan" filan deyib, maşınına tərəf getdi. Arxasınca gedib dedim ki, köməklik edin. Mənə qayıdıb dedi ki, sən avtomobilimi vurmusan. Dedim ki, axı motosikletlə necə o böyüklükdə maşını vura bilərəm. Çıxarıb mənə 50 manat pul verdi. Həmin vaxt motosikletə baxmamışdım, sonradan baxanda gördüm ki, xərci 220 manat civarında edir. Qayıdıb təzədən söhbət etmək istəyəndə gördüm ki, yoxdur. Sürüb getmişdi. Sonradan polislər gəldi. Dedilər, şikayətçisənmi, həmin vaxt üçün bunu düşünəcək vəziyyətdə deyildim. Dedim ki, özü ilə danışmışam. Düşünürdüm ki, sonradan maraqlanar. Polislər dedi ki, nəsə bir şikayətin olsa, Nəsimi rayon Polis İdarəsinə yaxınlaşarsan. Motosikleti ustaya göstərmdim, usta dedi ki, 250 manata yaxın xərci var. Lap Sərdar müəllim də maraqlana bilər. Kiminsə mənə artıq pulu lazım deyil. Ailəmi öz zəhmətimlə dolandırıram. İndi də motosikleti düzəltdirməyə imkanım yoxdur. Xahiş edirəm ki, Sərdar müəllim mənə kömək etsin. Sadəcə özü ilə əlaqə saxlamaq imkanım olmadığı üçün sizə üz tutdum".
Obyektivliyi qorumaq üçün S. Cəlaloğlunun özü ilə əlaqə saxladıq. Partiya sədri qəzada heç bir günahının olmadığını söylədi və hətta dəyən ziyanı artıqlaması ilə ödədiyini qeyd etdi: "Hara istəyirsə müraciət etsin".

Hadisə       Tarix: 17 mart 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə


yeni xeberler son xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun cəbhədən xəbərlər cəbhədən görüntüleri ən son xəbərlər