"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir.
KONKRET.az xəbər verir ki, Elvira Vəliyeva bu barədə "TikTok" hesabında video yayımlayıb.
O bildirib ki, hadisə dünən saat 23:50 radələrində heyvan sığınacağından qayıdarkən baş verib.
Qadının sözlərinə görə, taksi tapa bilmədiyi üçün çatdırılma xidmətindən istifadə edib amma sürücüyə özü gedəcəyi haqda öncədən məlumat verib.
Şikayətçi iddia edir ki, sürücü buna etiraz etməyib, amma xahiş edib ki, xanım sifarişi ləğv etsin, sonra onu ünvana aparsın.
Mənzil başına çatmağa 3-4 dəqiqə qalmış gedişhaqqı ilə bağlı mübahisə yaranıb. Belə ki, tətbiqdə 4 manat göstərilən xidmət üçün sürücü 7 manat tələb edib.
E. Vəliyeva deyir ki, əlavə ödənişdən imtina etdikdə sürücü avtomobilin qapılarını kilidləyərək onu hədələdiyib:
"Artıq ödənişi etməyəcəyimi deyəndə qapıları kilidlədi. Dedi ki, "bilirəm sənin başına nə oyun açacam". Qorxudan pəncərədən çıxmaq istəyəndə sürəti artırıb ani tormozlama etdi.
Yerə yıxıldım, başımdan və bədənimdən xəsarətlər aldım. Bir insanın canına qəsd etmək bu qədərmi asandır?"
Vətəndaş əlavə edib ki, hadisə zamanı içərisində iki ədəd orijinal adapter, qulaqlıq, poverbank və qızıl-zinət əşyaları olan çantası da taksidə qalıb.
Qeyd edib ki, 567 qeydiyyat nişanlı, BYD markalı taksi sürücüsünün əməli ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.



Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA