AYNA "Koroğlu"dan "Sea Breeze"ə gedən marşrutu bərpa edir
İyulun 18-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilir ki, bu qərar yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq verilib.
Məlumata görə, həftənin şənbə və bazar günləri metronun "Koroğlu" stansiyasının cənub çıxışından ("Piramida" tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.
Marşrut üzrə aralıq dayanacaqlar:
- Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);
- Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);
- Mərdəkan prospekti (Binə qəsəbəsi);
- Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);
- 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);
- Bilgəh Kardioloji Sanatoriyası;
- Bilgəh–Pirşağı yolu (çimərlik ərazisi);
- "Sea Breeze 1";
- "Sea Breeze 2".
"Böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,90 AZN müəyyən edilib", - məlumatda deyilir.
Qeyd edək ki, "Sea Breeze" yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər