Azad Rəhimov Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti ilə bağlı Forumda çıxış edib

Azad Rəhimov Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti ilə bağlı Forumda çıxış edibAzad Rəhimov Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti ilə bağlı Forumda çıxış edib
Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti dialoqunun gələcəyi mövzusunda keçirilən Forumda Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovla yanaşı, Ukraynanın Gənclər və İdman Nazirinin müavini Maryna Popatenko, Gürcüstan Milli Gənclər Agentliyinin rəhbəri Revaz Çarkviani, Sloveniya Gənclər Bürosunun direktor vəzifəsini icra edən Dolores Kores, Belarusun Avropa Ekspertiza və Kommunikasiya Bürosunun eksperti Maryna Korzh, Litvadan sərbəst təlimçi Laimonas Ragauskas, Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyinin dövlət katibi Rolf Şmaktenberq, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Artur Martirosyan, Avropa Gənclər Forumu İdarə Heyətinin üzvü Benjamin Günther və digər rəsmilər çıxış ediblər. 
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azad Rəhimov çıxışında pandemiya dönəmində Nazirliyin həyata keçirdiyi işlərin demək olar ki, yenidən bərpa olunduğunu, fəaliyyətin aktivləşdiyini ilk olaraq diqqətə çatdırıb.
Mövzuya dair çıxışının davamında Azad Rəhimov Azərbaycanın müharibə şəraitində olduğunu və torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdıraraq, konfliktlərin gənclər siyasətinin inkişafına mənfi təsir göstərdiyini bildirib.
Gənclərin inkişafı üçün görülən işlərdən danışarkən Azad Rəhimov hər üç ildən bir keçirilən və bütün ölkə gənclərini əhatə edən Gənclər Forumu, 2005-2009, 2011-2015 və hal hazırda icrası davam etməkdə olan "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə" Dövlət Proqramı, 1995-ci ildən Nazirlik nəzdində fəaliyyət göstərən İctimai Şura, eyni zamanda, "Heydər Əliyev Liderlik Məktəbi", Nazirliyin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi "Qlobal siyasi müzakirələrdə gənclərin aktivliyinin təmin edilməsi üçün yeni platformanın yaradılması" layihələri və digər mühüm işlərdən danışıb: 
"Dialoq insanlar arasında ünsiyyətin qurulmasında müstəsna rol oynayır. Lakin bu ünsiyyət qarşılıqlı anlayış və bilik səviyyəsində olmalıdır ki, burada da gənclərin daim hazırlıqlı olmaları əsas faktordur. Bu səbəbdən qeyri-formal təhsilin bu dönəmdə əsas resurs olduğunu hesab edə bilərik. Bu gün ölkəmizdə 30 Gənclər evi fəaliyyət göstərir ki, onlar da gənclərin inkişafında böyük rol oynayır. Düşünürəm ki, siyasi dialoqun daha effektiv qurulmasında əyalət gənclərinin iştirakçılığının artırılması, qeyri-formal təhsilin sistematik inkişafı, gənclər üçün sosial təcrübənin artırılması gənclər siyasəti dialoqunun gələcəyinin üç əsas istiqaməti kimi göstərilə bilər".
Qeyd edək ki, "Gənclər ehtiyaclarını və fikirlərini müzakirə etmək üçün gənclər təşkilatları, qərar qəbul edənlər və mütəxəssislərlə necə görüşürlər?", "Gənclər dialoqunu asanlaşdırmaq üçün hansı idarəetmə strukturları və çərçivələr ən təsirli və səmərəlidir?", "Milli maraqlı tərəflər tərəfindən istifadə olunan vasitə və yanaşmalar hansılardır?", "COVID-19 pandemiyasının gənclər siyasəti dialoqunun inkişafının bugünkü vəziyyətə və gələcəyə təsiri nədən ibarətdir?" sualları panelin əsas müzakirə mərkəzində olub. 
Azad Rəhimov Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasəti ilə bağlı Forumda çıxış edib

Sosial       Tarix: 03 iyul 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Onlardan bəziləri yen

"Gənclərin ailə qurmağa marağı azalır

"Gənclərin ailə qurmağa marağı azalır". Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA

Banklardan kredit götürən şəxslərə təklif olunan sığorta xidmətləri borcalanlar üçün əlavə xərc yaratsa da, bunun qarşılığında hansı üstünlüklərin əldə edildiyi sual doğurur. Xüsusilə kredit sığortasının kreditin təsdiqlənməsinə

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

ABŞ-ın İranla müharibəsi 47 milyard dollara başa gəlib: Trampın hərbi kampaniyasının görünməyən qiyməti

Vaşinqtonda İranla müharibənin kifayət qədər bahalı bir tərəfi üzə çıxıb: Prezident Donald Tramp hərbi kampaniyanın faktiki başa çatdığını bəyan etsə də, müharibənin maliyyə hesabı hələ də artmaqda davam edir. ABŞ Mərkəz

Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarl

Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü

Qazaxıstanda dövlət korporasiyalarının yüksək vəzifəli menecerlərinin səs-küylü həbsi ictimaiyyətdə təəccüb doğurub. Bir çoxları istehza ilə soruşur: bunlar doğrudanmı belə sadəlövhdürlər ki, rüşvəti hələ də nağd pulla, dol


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar son xeberler bu gun havanın temperaturu cebheden xeber